Şriftin ölçüsü :

Saytın rəngi :

Küçələr təmir olunur

04 fevral 2018 | 16:00

Qazax şəhərinin küçələrində təmir işlərinə başlanılıb. Bu məqsədlə şəhərin ehtiyac olan küçələrinə çınqıl daşınıb tökülür, sonra isə hamarlanır.
Bu gün şəhərin Ə.Seyidov, M.Rəsulzadə və onlara bitişik və paralel olan küçələrinə çınqıl daşınıb tökülüb. Tökülmüş çınqıllar hamarlanmış, yollar yararlı hala salınmışdır. Küçələrdə təmir işləri davam etdirilir. Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanıb.

 

Keçidlər