Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda əhalinin tibbi müayinəsinə başlanılıb

12 fevral 2018 | 16:00

Son illər ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər il olduğu kimi, bu il də fevralın 12-dən may ayının 12-dək keçiriləcək əhalinin tibbi müayinəsi aksiyası da belə tədbirlərdəndir. Üç ay davam edəcək aksiya Qazax Müalicə Diaqnostika Mərkəzində həyata keçiriləcək. 
Aksiyanın keçirilməsində əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.   
Bu aksiya ölkənin hər yerində olduğu kimi, Qazax rayonunda da sakinlər tərəfindən yüksək qiymətləndirilir. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər. Müayinəni bütün rayon ərazisində yüksək səviyyədə təşkil etmək üçün mərkəzdə hər cür şərait yaradılıb.
Məlumat üçün qeyd edək ki, bu gündən start götürən müayinələr zamanı təxminən 90 nəfərə yaxın rayon sakini tibbi aksiyanın xidmətlərindən yararlanıb. Müayinələr əsasən terapevt, stomatoloq, oftalmoloq, kardioloq və ginekoloq həkimlər tərəfindən aparılıb. Müvafiq olaraq qan analizləri və digər tibbi xidmətlər də həyata keçirilib.

Keçidlər