Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda tibbi müayinə davam etdirilir

15 fevral 2018 | 16:00

Azərbaycanda ardıcıl olaraq beşinci ildir ki, əhalinin pulsuz tibbi müayinəsi aparılır. Dövlətimizin başçısı cənab  İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən xeyirxah aksiya Qazaxda da uğurla davam etdirilir.
Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov bildirib ki, fevral ayının 12-dən bu günədək 671 nəfər rayon sakini müayinə olunub. Müayinə zamanı sakinlərdən 302 nəfərinə ambulator, 9 nəfərinə isə stasionar müalicə təyin edilib.
Müayinədən keçən rayon sakinləri xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Keçidlər