Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Novruz yarmarkası keçirilir

17 fevral 2018 | 16:00

Bayram ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Qazaxda “Novruz” yarmarkasının keçirilməsinə başlanılıb. Yarmarkaya müxtəlif çeşiddə məhsullar çıxarılıb.  
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bayram yarmarkasına gələrək satışa çıxarılmış məhsulların çeşidləri və qiymətləri ilə tanış olub. Yarmarkadan bazarlıq edən rayon sakinləri ilə söhbət edib, fikirlərini öyrənib. Sakinlər yarmarkanın təşkilindən və qiymətlərdən razı qaldıqlarını söyləyərək  Ölkə başçısı İlham Əliyev cənablarına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bayram yarmarkası hər həftənin şənbə və bazar günləri keçiriləcəkdir. Rayon əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər yarmarkanın imkanlarından faydalana bilərlər. Satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə diqqət yetirilir. Bazarla müqayisədə yarmarkada qiymətlər daha əlverişlidir.

Keçidlər