Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Novruz yarmarkası işə başladı

18 fevral 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda Novruz yarmarkası vaxtından xeyli əvvəl fəaliyyətə başlayıb. Fevralın 17-də şəhərdəki "Təzə Bazar"da rayon əhalisini bayram ərəfəsində kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin etmək üçün müxtəlif çeşiddə ərzaq və kənd təsərrüfatı məhsulları satışa çıxarılıb.
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yarmarkaya gələrək satışa çıxarılmış məhsulların çeşidləri və qiymətləri ilə maraqlanıb, bazarlıq edən rayon sakinləri ilə söhbət edib, fikirlərini öyrənib. Sakinlər yarmarkanın təşkilindən və qiymətlərdən razı qaldıqlarını söyləyərək bayram ərəfəsində belə bir xeyirxah işi təşkil etdirdiyinə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.  
Qeyd edək ki, bayram yarmarkası hər həftənin şənbə və bazar günləri keçiriləcəkdir. Rayon əhalisinə, şəhərin qonaqlarına məlumat verilib ki, hər kəs yarmarkanın imkanlarından faydalana bilər.
Satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə diqqət yetirilir. Bazarla müqayisədə yarmarkada qiymətlər daha əlverişlidir.
                 


 Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

17.02.2018-ci il

Keçidlər