Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciətinə yerində baxılıb

06 mart 2018 | 16:00

Qazaxda vətəndaş amili ön plana çəkilib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov vətəndaşların müraciətlərinə diqqətlə yanaşır, rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü vətəndaşların görüşünə belə gedir.
Bu gün rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov vətəndaşların İcra Aparatına yazdıqları məktub əsasında Canalı kəndinə gəlib, sakinlərin müraciətlərini dinləyərək vəziyyətlə yerində tanış olub. Rayon rəhbərliyi bildirib ki, fəaliyyətimin əsas istiqamətlərindən biri də vətəndaş amilidir. Mənə edilən müraciətlərə həmişə operativ yanaşılır, vətəndaşların qaldırdıqları məsələlərə həssaslıqla yanaşılır. Qeyd edib ki, dünən İcra Aparatına daxil olan müraciətiniz əsasında bu gün sizin gürüşünüzə gəlmişik.
Sakinlərdən Əsəd Mahmudov, Vaqif Qasımov, Saleh Zeynalov İcra Başçısına yaşadıqları əraziyə artezian quyusunun qazılması ilə əlaqədar müraciət ediblər. Qeyd olunub ki, kənddə 8 artezian quyusu var. Hal-hazırda isə daha bir artezian quyusu qazılır.
Rayon rəhbərliyi sakinləri diqqətlə dinlədikdən sonra vətəndaşların müraciətinin nəzərə alınacağını və qaldırılan məsələnin gələcəkdə həll olunacağını bildirib.

Keçidlər