Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

06 mart 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab  Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən qəbul edib. Vətəndaşlar əsasən işlə təmin olunmaları barədə müraciət ediblər.
Aşağı Əskipara kənd sakini, II qrup müharibə əlili Rzayev Zaur Xeybər oğlu həyat yoldaşı Rzayeva Günay Maarif qızının işlə təmin olunması ilə bağlı rayon rəhbərinə müraciət edib. İcra Başçısı vətəndaşı diqqətlə dinlədikdən sonra G.Rzayevanın işlə təmin olunması barədə göstəriş verib.
Ağköynək kənd sakini İsmayılova Zibarə Mustafa qızının işlə təmin olunmaq barədə müraciəti də müsbət cavablandırılıb. Vətəndaş qəbul otağından İcra Başçısına minnətdarlıq edərək çıxıb.
Şəhər sakini Qarasaqqalova Aynurə Nazim qızının və Əliyeva Əfsanə Mayıl qızının rayon rəhbərliyinə müraciətlərinə İcra Başçısı tərəfindən müvafiq olaraq cavab verilib.

Keçidlər