Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

07 mart 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq İcra Aparatında çalışan bütün qadınları bayram münasibətilə təbrik edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin qadın və cəmiyyət siyasətində qadına diqqət və qayğı hər zaman mühüm bir istiqamət kimi göstərilmişdir. Həmin siyasət bu gün Ölkə Başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük işlər görmüşlər. Dövlət quruculuğunun bütün sahələrində səylə çalışan və uğurlar qazanan qadınlarımız ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsində, elmin, mədəniyyətin, ədəbiyyatın inkişaf etdirilməsində böyük xidmətlər göstərmişlər.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, biz bu gün fəxrlə bildiririk ki, qazaxlı qadınlar da həmişə öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirərək ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin fəal müdafiəçiləri və iştirakçıları olublar. Rayonumuzun qadınları tarixin taleyüklü məqamlarında həmişə öz sözlərini deyir və milli maraqlara söykənən mövqelərini nümayiş etdirirlər. Bu ənənə bu gün də davam etdirilir və qadınlar böyük qüvvə olduqlarını əməli işləri ilə sübut edirlər.
Tədbirdə qadınlara gül dəstələri və qiymətli hədiyyələr təqdim olunub.

 

 

Keçidlər