Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

09 mart 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib. Onları diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verib.
Vətəndaşlar əsasən işlə təmin olunmaq barədə müraciət ediblər.
Xanlıqlar kənd sakini, III qrup əlil Dilbazi Elcan Çingiz oğlu ikinci qrup əlillik dərəcəsinin verilməsi ilə bağlı müraciəti rayon rəhbərliyi tərəfindən diqqətlə dinlənildikdən sonra ona köməklik göstərilməsi barədə göstəriş verilib.
Kəmərli kənd sakini Süleymanova Kəmalə Sirəc qızının və şəhər sakini Bəşirova Tamella Həmid qızının işlə təmin olunmaqla bağlı müraciətlərinə İcra Başçısı tərəfindən kömək göstərilsin cavabı verilib.
Aşağı Salahlı kənd sakini Poluyev Bəkir Rəşid oğlu  oğlunun işlə təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşa rayon məşğulluq mərkəzində qeydiyyata düşməsi məsləhət olunub.
Daş Salahlı kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Abdullayev Nurəddin Yusif oğlunun mənzillə təmin olunmaqla bağlı müraciəti də cavablandırılıb. Vətəndaşa bildirilib ki, evlər növbəlik əsasında tikilir və  növbəsi çatanda mənzillə təmin olunacaqdır.            

Keçidlər