Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

19 mart 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov  bu gün bir qrup rayon sakinini müraciətləri əsasında fərdi şəkildə qəbul edib. Onları diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verib.
Vətəndaşlar əsasən işlə təmin olunmaq və digər məsələlər barədə müraciət ediblər.
Şəhər sakini Carçıyeva Xavər Balakişi qızı oğlunun işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı rayon rəhbərliyinə ərizə ilə müraciət edib. İcra başçısı vətəndaşı diqqətlə dinlənildikdən oğlu Abbasov Elmarı qəbula dəvət edib. Elektrod zavodu fəaliyyət göstərəndə onun işlə təmin olunacağını bildirib.
Bakı şəhərində yaşayan Allahverdiyev Elvin Əmrah oğlu əslən qazaxlı olduğunu deyərək rayonda işlə təmin olunmasını xahiş edib. İcra başçısı vətəndaşın müraciətini müsbət cavablandıraraq sənədlərinin təqdim etməsini və ixtisasına uyğun iş olan zaman təmin ediləcəyini bildirilib. 
Qazaxbəyli kənd sakini Fərzəliyev Fərhad Bəhrəm oğlu ötən qəbuldan sonra rayon rəhbərliyinin tapşırığına əsasən işlə təmin olunduğu üçün öz dərin minnətdarlığını bildirib. Bununla yanaşı, ehtiyacı böyük olduğu üçün İcra başçısından ona köməklik göstərilməsini xahiş edib. Rayon rəhbərliyi vətəndaşın müraciətinə həssaslıqla yanaşaraq köməklik edilməsi barədə tapşırıq verib.
Əslən Sofulu kəndindən olan, N.Nərimanov yaşayış massivində məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşmış Mustafayev Niftalı Nəbi oğlu həyat yoldaşı Mustafayeva Sona Alıhüseyn qızı ilə birlikdə ailə problemi ilə bağlı İcra başçısına ərizə ilə müraciət edib. Rayon rəhbərliyi vətəndaşı diqqətlə dinlədikdən sonra problemin həll olunması barədə göstəriş verib.

Keçidlər