Şriftin ölçüsü :

Saytın rəngi :

Elektrod zavodunun tikintisində son tamamlama işləri aparılır

23 mart 2018 | 16:00

Son illər  Qazax rayonunda bütün sahələrlə yanaşı sənaye sahəsində də mühüm işlər görülür, yeni istehsal müəssisələri tikilir.  2017-ci ildə  rayonun Xanlıqlar kəndi ərazisində tikintisinə başlanılmış Elektrod Zavodu da həmin müəssisələrdən biridir. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunun ərazisi 1,5 hektardır. Bunun 2400 kvadratmetr olan örtülü sahəsində məhsul istehsal ediləcəkdir. Müəssisədə 100 nəfərdən çox rayon sakini işlə təmin olunacaqdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Elektrod Zavoduna gələrək tikintinin gedişi ilə maraqlanıb. İcra Başçısına məlumat verilib ki, Zavodda tikinti işləri yekunlaşmışdır. Hazırda son tamamlama işləri aparılır.   
Ərazinin ətrafında yaşıllaşdırma işləri aparılaraq müxtəlif növ ağaclar və gül kolları əkilmişdir.
Bundan başqa, ərazidə  “Carçıoğlu GROUP” MMC tərəfindən kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə əlavə olaraq 5000 tonluq anbar tikintisinə başlanılmışdır.
Görülmüş işlərlə tanış olduqdan sonra rayon rəhbərliyi müvafiq tövsiyələrini vermişdir.

Keçidlər