Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda çağırış yaşlı gənclərin iştirakı ilə tədbir keçirilmişdir

04 aprel 2014 | 15:00

Qazax şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə  çağırış yaşlı gənclərlə hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda təbliğat xarakterli görüş keçirilmişdir.
Görüş toplantını Rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyev açmış, tədbirin əhəmiyyəti və gənclərin son illərdə əldə etdiyi uğurlardan danışmışdır. 
Təbirdə Respublika Gənclər və İdman Nazirilyinin nümayəndəsi Əli Məmmədov, RİHB aparatının məsul işçisi Azad Hümbətov və başqaları çıxış etmişlər.
Sonda Bakı şəhərindən gəlmiş və rayonda yaşayıb fəaliyyət göstərən gənc muğənilərin iştirakı ilə konsert təşkil olunmuşdur.
Gənclərdə səmimi və xoş təəssurat yaranmışdır.

Keçidlər