Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: Soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilib

03 aprel 2018 | 16:00

Bakı Dövlət Universitetinin Qazax filialında  erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 Mart soyqırımının 100-cü ildönümünə həsr olunmuş anım tədbirində filialın professor və müəllim heyəti, tələbələr və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə erməni vəhşiliklərindən bəhs edən video-çarx nümayiş etdirilib, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Filialın direktoru, professor, Əməkdar elm xadimi Vüsət Əfəndiyev 31 Mart soyqırımı haqqında ətraflı məlumat verib. 1918-ci ildə həyata keçirilən qanlı cinayətin baş verdiyi tarixi şəraiti və onun səbəbləri haqqında geniş söz açaraq ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı əsrlər boyu törətdikləri vandalizmin miqyası və dəhşətləri barədə danışıb. 
Filialın ictimai və təbiət fənləri kafedrasının müəllimi Yasin Əliyev “Mart soyqırımının ictimai-siyasi səbəbləri və nəticələri” mövzusunda məruzə ilə çıxış edərək erməni millətçilərinin qanlı cinayətlərinin gənclərə çatdırılmasını, onlarda milli özünüdərkin formalaşmasına xüsusi önəm verilməsini vurğulayıb.
   İctimai və təbiət fənləri kafedrasının müəllimi Ülviyyə Bayramova “Cənubi Azərbaycanda 1918-ci il qırğınları”, riyaziyyat və informatika müəllimliyi ixtisasının I kurs tələbəsi Səbinə Səlimova  “31 Mart soyqırımı – gənclərin öyrənməli və yadda saxlamalı olduğu tarix” mövzularında çıxış ediblər.

 

Vəli Vəliyev
“Respublika”
03.04.2018-ci il

Keçidlər