Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

03 aprel 2018 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək fərdi qəbullar keçirir, rayon sakinlərini diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verir.
Bu gün İcra Başçısı bir qrup rayon sakinini qəbul edib. Vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri rayon rəhbərliyi tərəfindən cavablandırılıb.
Kosalar kənd sakini, Qarabağ müharibəsi əlili Məmmədov Vüsal Şirin oğlu həyat yoldaşı Bayramova Afət Fətulla qızı ilə birlikdə rayon rəhbərliyinə işlə təmin olunmaq üçün müraciət ediblər. İcra Başçısı vətəndaşları diqqətlə dinlədikdən sonra hər ikisinin müvafiq işlə təmin olunmaları barədə göstəriş verib.
Kosalar kəndinin bir qrup sakininin torpaq sahələrinə gedən yolun zəbt edildiyi üçün onlara kömək göstərmək barədə müraciətləri operativ olaraq həll olunub. Ona gorə də qəbula gələn vətəndaşlar müraciətlərinə qısa bir vaxtda reaksiya verildiyinə və qaldırdıqları məsələnin həll edildiyinə görə rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
Eyni minnətdarlıq sözlərini “AzRosBentonit” MMC-də işləyən bir qrup sürücü də söyləyib. Onlar müraciətlərinə tez bir zamanda münasibət bildirdiyinə və qaldırdıqları məsələnin həll olunmasına göstərdiyi köməyə görə İcra Başçısına təşəkkür ediblər. Rayon rəhbərliyi vətəndaşlara müraciətlərinin çox qısa bir vaxtda həll ediləcəyini bildirib.
Cənab Rəcəb Babaşov Kəmərli kənd tam orta məktəbin VIII sinif şagirdi Məmməd Dursunovu atası Aqif və anası Esmira xanımla birlikdə qəbul edib. Məmmədin yazdığı şeiri oxuyaraq bəyəndikdən sonra onun ali məktəbə hazırlaşmasını öz öhdəsinə götürdüyünü bildirib.
Cəfərli kənd sakini Əsgərov Cəbrayıl Əsgər oğlunun, İkinci Şıxlı kənd sakini Musayev İlham Səməndər oğlunun, Xanlıqlar kənd sakini Rüstəmov Vəkil Xançoban oğlunun, Çaylı kənd sakini Məmmədrzayev Abdulla Məhəmməd oğlunun, Qazaxbəyli kənd sakini Fərzəliyev Fərhad Bəhram oğlunun müxtəlif mövzularda olan müraciətlərini dinləyən rayon rəhbərliyi onlara kömək göstərilməsi barədə göstəriş verib.
Canalı kənd sakini Qurbanova Xatirə Tovariş qızının, şəhər sakinləri Kalyujina Nelya Vladimir qızı və Əliyeva Məxmər Mirzəxan qızının müraciətləri rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

 

Keçidlər