Şriftin ölçüsü :

Saytın rəngi :

“İnvestel GROUP” MMC-də əsas işlər görülüb

04 aprel 2018 | 16:00

Qazax sahibkarlığın inkişaf etməsi üçün olduqca əlverişli rayondur. Ölkə Başçısının göstərişlərinə uyğun olaraq rayonda sahibkarlara hərtərəfli dəstək verilmiş, iş adamları üçün münbit şətait yaradılmışdır. Bunun nəticəsidir ki, rayonda yeni-yeni sahibkarlıq obyektləri tikilir, istehsal müəssisələri inşa edilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov mütəmadi olaraq yeni inşa olunan tikinti obyektlərinə baş çəkir, görülən işlərlə maraqlanır.
Bu gün İcra Başçısı İkinci Şıxlı kəndinə gələrək “İnvestel GROUP” MMC tərəfindən tikilən müəssisədə görülən işlərə baxıb.
Layihə rəhbəri Kamil Əlimirzəyev rayon rəhbərinə məlumat verib ki, əsas tikinti işləri demək olar ki, başa çatıb. Bildirib ki, 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun tikintisi yekunlaşıb. Eyni zamanda, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi də başa çatdırılıb.
Hazırda 2600 tonluq soyuducu anbarın hörgü işi bitib. Yaxın günlərdə dam örtüyünün  montajına başlanılacaqdır. Eyni zamanda, inzibati binanın tikintisi işləri də başa çatıb. Tezliklə binada tamamlanma işləri görüləcəkdir.
İcra Başçısına məlumat verilib ki, ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilibdir. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıbdır.
Xram çayı üzərində 3 pilləli nasos stansiyaları tikilibdir. Burada ikinci nasosxana sistemi quraşdırılıb, birinci və üçüncü nasosxanalarda isə montaj işləri başa çatıbdır.
Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.
Görülən işlərlə tanış olan Rayon İcra Hakimiyyətinin başçısı cənab  Rəcəb Babaşov işlərin gedişindən razı qalaraq öz tövsiyələrini bildirib.

Keçidlər