Şriftin ölçüsü :

Saytın rəngi :

Ruhi Xəstəxana əsaslı şəkildə təmir olunur

05 aprel 2018 | 16:00

Qazax rayonunda bütün sahələrlə yanaşı olaraq səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir. 145 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə yanaşı rayondakı mövcud tibb müəssisələri də əsaslı şəkildə təmir olunur, xəstələrin müalicə olunması üçün normal şərait yaradılır.
Artıq bir neçə aydır ki, rayonlararası Ruhi Xəstəxana binasında da təmir-bərpa işləri aparılır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov mütəmadi olaraq bu tibb müəssisəsinə baş çəkir, burada görülən işlərlə maraqlanır.
Bu gün İcra başçısı rayonlararası Ruhi Xəstəxanada olub. Burada aparılan təmir işləri ilə yaxından tanış olaraq xəstəxanaya baxıb.
Tikinti-təmir və bərpa işlərini həyata keçirən “ARUZMAN” MMC-nin icraçı direktoru Oruc Vəliyev rayon rəhbərliyinə məlumat verib ki, xəstəxana binasının içəri və çöl hissələrində təmir aparılıb. Lazım gələn yerlərə suvaq vurulub, üzləmə işləri görülüb, rəngləmə işləri həyata keçirilib. Yeməkxana, anbar yüksək səviyyədə təmir olunaraq kollektivin istifadəsinə verilib.
Bildirib ki, birinci mərtəbədə nəzərdə tutulan işlərin çox hissəsi demək olar ki, görülüb və xəstəxana binası normal görkəmə salınıb. Binanın ətrafında səliqə-sahman yaradılıb. Bir sözlə, xəstəxana binası ilk dəfə belə köklü şəkildə təmir olunub, xəstələrin müalicə olunmaları üçün normal şərait yaradılıb.
Təmir-tikinti və bərpa işləri ilə yaxından tanış olan rayon rəhbərliyi işlərin sürəti ilə yanaşı, keyfiyyətlə aparılmasına da diqqət yetirilməsini tapşırıb. Qeyd edib ki, nəinki ruhi xəstəxana, eləcə də rayonun bütün tibb müəssisələri tələb edilən səviyyədə olmalı, insanlara yüksək səviyyədə səhiyyə xidməti göstərilməlidir.

Keçidlər