Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda uşaq bağçasının əsaslı təmirinə başlanılıb

16 aprel 2018 | 16:00

Qazax rayonunda həyata keçirilən tikinti-abadlıq və quruculuq işlərində yeni bağça binalarının tikilməsinə, əsaslı şəkildə təmir olunmasına xüsusi önəm verilir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu istiqamətdə mühüm işlər görür, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlindən gələni əsirgəmir.
Bunun bariz nümunəsini şəhər mərkəzində, eləcə də kəndlərimizdə inşa olunan və əsaslı şəkildə təmir edilən körpələr evi-uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar. Qısa bir zaman kəsiyində Kosalar kənd  2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı  körpələr evi-uşaq bağçaları,  Xanlıqlar kənd körpələr evi-uşaq bağçası və   Cəfərli kənd uşaq bağçası əsaslı təmir olunaraq uşaqların ixtiyarına verilib. Şəhərdə isə 1 saylı körpələr evi-uşaq bağçası üçün 3 mərtəbəli yeni bina tikilib.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov tərəfindən Qazaxdakı bütün bağça binalarının əsaslı şəkildə təmir olunması bir vəzifə kimi irəli sürülmüş və bu istiqamətdə əməli işlər görülür. Artıq şəhər 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmirinə başlanılıb. İlkin olaraq 2 mərtəbəli binada söküntü işləri görülür. Söküntü işlərindən sonra əsaslı təmir işlərinə başlanılacaqdır. Bu məqsədlə 3 briqada yaradılıb. Binada suvaq işləri görüləcək, qapı və pəncərələr, döşəmə yenisi ilə əvəz olunacaq, mətbəx və sanitar qovşağı təmir olunacaqdır. Əsaslı təmirdən sonra bağça binası tamamilə yeni bir görkəm alacaqdır.

Keçidlər