Şriftin ölçüsü :

Saytın rəngi :

Sarıvəlli kənd tam orta məktəbində marifləndirici tədbir keçirilmişdir

24 aprel 2018 | 16:00

Qazaxda RİHB-nin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə  təşkilatçılığı ilə  iş planına uyğun olaraq “Milli təklükəsizliyə əsas təhdbirlərdən biri-dini ekstremizm” və “Aprel Zəfəri” mövzularında toplantı keçirilmişdir. Qazax rayonu Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində Sarıvəlli və İkinci Şıxlı kənd tam orta  məktəblərinin yuxarı sinif şagirdlərinin, müəllimlərin, Qarabağ müharibəsi əlillərinin və kənd ağsaqqallarının iştirak etdiyi toplantını Qazax RİHB Aparatında iştimai siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq toplantı haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Dini radikalizmin, fanatizmin və ekstremizmin bütün bəşəriyyət üçün, Azərbaycanın Milli təhlükəsizliyini təhdid edən qorxulu bəla olması, onların qarşısının alınması, gənclərin və yeniyetmələrin bu yoldan çəkindirilməsi üçün təhsil müəssisələrinin, müəllim və valideyinlərin görməli olduğu işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Aprel döyüşləri və şəhidlərimiz haqqında danışarkən bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə qarşı hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına həlak olan bütün şəhidlərimizin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin, Qazax torpağının övladları  kapitan  Mühüd Orucovun, baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin keçdikləri qəhrəmanlıqlarla dolu şərəfli həyat yolu vətənin bütün oğulları üçün bir nümunədir. Onlar göstərdilər ki, lazım gələndə oğullar Vətən, onun torpaqlarının düşməndən qorunması üçün nə iş görməlidirlər.Onlar Vətən qarşısında öz borclarını necə yerinə yetirməlidirlər.
Bütün bunlara görə də onların keçdikləri döyüş yollarını, göstərdikləri qəhrəmanlıqları bütün gənclər və yeniyetmələr bilməlidirlər.
Bu gün İlham Əliyev cənablarının Ali Baş Komandan olduğu Milli Ordumuz, Aprel Zəfəri və şəhidlərimiz bizim güvənc yerimiz və qürur mənbəyimizdir. Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın, Aprel şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Azərbaycanın hər yerində onların xatirəsi əziz tutulur ,xatirələri, adları əbədiləşdirilir, onların ailələrinə hər cür diqqət və qayğı göstərilir. Onlar Dövlət Başçısı tərəfindən vətənin ən yüksək fəxri adları, orden və medalları ilə təltif olunurlar.
Qazax rayonunda da hər il Aprel şəhidlərinin doğum və dünyasını dəyişdiyi günlər hörmətlə yad edilir, yas mərasimləri keçirilir. Onların hər birinin xatirəsinə Qazax şəhərinin mərkəzində xatirə bulaq kompleksləri tikilmişdir. Bu il kapitan Mühüd Orucovun xatirəsinə dünyasını dəyişdiyi gün ərəfəsində doğulduğu Fərəhli kəndinin giriş hissəsində,t əmiz, saf dağ suyunun üzərində yeni bir bulaq kompleksi tikilmiş və ətrafında abadlıq işləri aparılmışdır. Həmçinin həmin ərəfədə Qazax RİH Başçısının təşəbbüsü və yazdığı ön söz ilə “Aprel döyüşləri” kitabı nəşr olunmuşdur. Bu kitabın nəşri bütün rayon sakinlərinin, əsgər və zabitlərin, gənclərin və bütün şəhid ailələrinin marağına səbəb olmuş və onlarda vətən torpağına olan məhəbbət hissini daha da artırmışdır.Onlar bu kitaba görə İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra çıxışlar olmuşdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, Qazax Cümə məscidinin imamı Zaur Budaqov Sarıvəlli kənd tam orta məktəbin direktoru Məzahir Omarov, İkinci Şıxlı kənd tam orta məktəbin direktoru Rauf Kazımov, İkinci Şıxlı kənd icra nümayəndəsinin müavini Nihad Omarov,  ikinci qrup Qarabağ əlili Fərrux Qurbanov və başqaları çıxış etmişlər.
  Axırda hər iki məktəbə “Aprel döyüşləri” kitabı hədiyyə edilmiş və “Şəhadət” filmi nümayiş olunmuşdur.

 

Keçidlər