Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşın müraciətinə yerində baxılıb

11 may 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov rəsmi qəbul günündən başqa fərdi qəbullar da keçirir, vətəndaşların müraciətlərinə əsasən yerlərdə olur, qaldırılan məsələlərin həll olunması ilə bağlı tapşırıqlar verir.
Bu gün belə bir görüş rayonun Ağköynək kəndində olub. İcra başçısı Qarapapaq kənd sakini İbrahimov Amil Məmi oğlunun müraciətinə əsasən vətəndaşın torpaq aldığı Ağköynək kəndində olub.
Vətəndaş İcra başçısına bildirib ki, aldığı torpaq sahəsində tikinti aparmaq üçün yol yoxdur. Bununla əlaqədar qonşu ərazidə tikinti aparan Hacalıyev Qalib Rafael oğlundan bu məsələnin həll edilməsi üçün razılıq alınmasında çətinliklə qarşılaşdığını bildirib.
İcra başçısı hər iki vətəndaşla görüşüb söhbət apardıqdan sonra mövcud məsələ öz müsbət həllini tapıb.

Keçidlər