Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 95 illiyi böyük ehtiramla yad olunub

13 may 2018 | 16:00

Dahi şəxsiyyət, Azərbaycan xalıqının taleyində və tarixində misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü respublikamızın  hər yerində olduğu kimi, Qazax rayonunda da yüksək səviyyədə qeyd olunub. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında  ümummilli liderə həsr olunmuş  silsilə tədbirlər  keçirilib. Dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı naminə göstərdiyi misilsiz  xidmətlərindən söz açılıb. Bütün tədbirlərdə, xatirəsinə həsr olunmuş konfranslarda, yarış və sərgilərdə Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, azərbaycançılıq ideologiyasından bəhs edilib.
Qazax Dövlət Dram Teatrında ulu öndər Heydər Əliyevin  anadan olmasının 95-ci ildönümünə həsr  olunmuş “Türkün alın yazısı” poeması əsasında hazırlanmış eyniadlı kompozisiya nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Mədəniyyət Mərkəzinə gəlib, mərkəzin foyesində ulu öndərə həsr olunmuş “Heydər Əliyev - 95” adlı kitab sərgisinə baxıb, ümummilli liderə həsr olunmuş  kitablarla tanış olub.
Sonra ədəbi-bədii kompozisiya nümayiş olunub. Şair-publisist Aydın Murovdağlının qələmə aldığı əsərdə ümummilli liderin həyat və fəaliyyətinə, keçdiyi şərəfli mübarizə yoluna bir daha nəzər salınıb.
Quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Musa Eyyubov olan kompozisiyada ulu öndər Heydər Əliyevin şərəfli həyatından, onun ölkəmizin müstəqilliyi uğrunda apardığı mübarizədən, bu yolda qarşılaşdığı maneələrdən və onu necə dəf etməsindən söz açılıb.
Aktyorlardan Saqif İsgəndərov, Zəmanə Dərviş, Aydın Orucov, İlqar Hacəliyev və Hacı Hacıyevin iştirak etdiyi kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Vəli VƏLİYEV,

"Respublika" 

13.05.2018-ci il 

Keçidlər