Şriftin ölçüsü :

Saytın rəngi :

Bütün çoxmənzilli binalar təmir olunacaqdır

13 may 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov kəndlərə gedərək baramaçılığın vəziyyəti və tütün əkini ilə tanış olduqdan sonra şəhərdəki “Gilliyin binası” deyilən əraziyə gələrək buradakı 2 beşmərtəbəli binalara baxış keçirib.
  Binada yaşayan sakinlər rayon rəhbərini çox səmimi qarşılayıblar. Bildiriblər ki, binaların hər birində 50 ailə yaşayır. Binada bir sıra işlər görülmüş, xeyir-şər evləri əsaslı şəkildə təmir olunmuşdur. Lakin hələ də bir çox işlərin həyata keçirilməsinə ehtiyac var.
  Sakinlərlə görüşən İcra Başçısı qeyd edib ki, bu il şəhərin müxtəlif ərazilərində yerləşən 85 çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulmuşdur. Artıq 17 binada təmir işləri aparılır. İlin sonuna kimi şəhərdəki bütün yaşayış binaları öz görkəmini dəyişəcəkdir. Sizin binada da yaxın aylarda təmir-bərpa işləri aparılacaqdır.

 

Keçidlər