Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər 2 nömrəli məktəbdə əsaslı təmir-bərpa işləri sürətlə aparılır

15 may 2018 | 16:00

Rayonumuzda məktəblərin əsaslı şəkildə təmir olunması artıq ənənə halını alıb. Həmin ənənə bu il də davam etdirilir. Belə ki, rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə də əsaslı təmir-bərpa işlərinə başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov görülən işlərlə tanış olmaq üçün 2 nömrəli tam orta məktəbə gəlib.
İş icraçısı Pərviz Qafarov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, aprel ayının ortalarından başlayaraq məktəbdə əsaslı təmir işlərinə başlanılıb. Qısa müddətdə məktəbin əsas binasının bir hissəsində, sinif otaqlarında, köhnə idman zalında, klub və bufetdə, eləcə də arxada yerləşən yardımçı otaqlarda söküntü işləri aparılıb. Binanın təmir aparılan hissəsində xarici və daxili fasadda olan köhnə suvaq çapılaraq tökülüb, qapı və pəncərələr sökülüb. Bundan əlavə, dam örtüyü, tavan və döşəmələrdə də söküntü işləri həyata keçirilib.
Məlumat verilib ki, təmir işləri ilə yanaşı, məktəbdə müasir standartlara cavab verəcək emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunacaqdır. Artıq bu işlərin həyata keçirilməsinə başlanılıb. Hazırda su anbarlarında bünövrə hissəsinə beton qatı tökülüb.
Hazırda söküntü işləri başa çatan hissələrə suvaq vurulur. Artıq idman zalı və klubda bu iş demək olar ki, yekunlaşıbdır.
İcra Başçısı təmir işləri ilə ətraflı tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.
Sonra rayon rəhbərliyi sinif otaqlarında olub, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb.

Keçidlər