Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərli kənd uşaq bağçasına baxış keçirilib

22 may 2018 | 16:00

Fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərini həmişə diqqətdə saxlayan Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun qayğısı sayəsində bütün problemlər öz müsbət həllini tapmışdır. Cəfərli kəndinə 7 km uzunluğunda asfalt yol çəkilmiş, kənd uşaq bağçası əsaslı şəkildə təmir olunaraq burada yüksək şərait yaradılmışdır.
  Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi cənab Əlibaba Əliyev Cəfərli kənd uşaq bağçasına gələrək mövcud şəraitlə yerində tanış olublar.
Məlumat verilib ki, 19 dekabr 2017-ci ildə istifadəyə verilmiş bağçada lazım olan bütün infrastrukturlar yaradılmış və ən müasir görkəmə salınmışdır. Yataq və oyun otağı, dəhliz, anbar, mətbəx, sanitar qovşağı, istilik sistemi, müdir otağı ən yüksək səviyyədədir. 
Bağçadakı şəraitlə tanış olduqdan sonra baramaya baxış keçirilib. Kümçülər bildiriblər ki, bu il 250 kiloqram məhsul istehsal etməyə söz vermişik. İlk gündən səylə çalışırıq. Ümidvarıq ki, bu tapşırığı artıqlaması ilə yerinə yetirəcəyik.

 

Keçidlər