Şriftin ölçüsü :

Saytın rəngi :

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib

22 may 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və “Qazax Olimpiya İdman Kompleksi” MMC-nin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib.
21-22 may tarixlərində keçirilən birincilikdə 11-12 yaşlı yeniyetmələr iştirak edib. Yarışa 8 məktəbdən 80 nəfərdən çox məktəbli qatılıb.
Finalda rəqibinə 3-0 hesabı ilə qalib gələn S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin komandası birinci, Ş.Cəbiyev adına Daş Salahlı kənd tam orta məktəbin komandası isə ikinci yerə layiq görülüblər. M.Hüseyn adına şəhər məktəb-liseyin komandası yarışın üçüncüsü olub.
Qalib komanda rayon Gənclər və İdman İdarəsinin kuboku ilə, I,II,III yeri tutan komanda üzvləri isə müvafiq Diplomlarla təltif olunublar.

 

Keçidlər