Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

04 iyun 2018 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.
Qazax şəhər sakini, Qarabağ Müharibəsi veteranı Camalov Arif Məcid oğlu torpaq sahəsinin ayrılması ilə əlaqədar rayon rəhbərliyinə müraciət edib. Vətəndaşa torpaq sahəsinin ayrılması üçün aidiyyəti üzrə bələdiyyəyə müraciət etməsi tövsiyyə olunub. 
İkinci qrup Qarabağ müharibəsi əlili Qocayev Rəşad Rəhim oğlu ailə üzvləri ilə birgə yaşadığı mənzilin genişləndirilməsi üçün əlavə otağın tikintisinə icazə verilməsini xahiş etdi. İcra başçısı tərəfindən məsələnin yerində baxılması, vətəndaşın yaşadığı binada qonşularının müsbət rəyini nəzərə alaraq qərar qəbul ediləcəyini qeyd etdi. 
Şəhid ailəsi, Yuxarı Əskipara kənd sakini Həsənova Tahirə Məhərrəm qızı qızının işlə təmin olunmasına köməklik göstərilməsini rayon rəhbərliyindən xahiş edib. İcra Başçısı vətəndaşı diqqətlə dinlədikdən sonra şəhid ailəsi olduğunu nəzərə alaraq  ona bir sıra işlər təklif etmişdir.  
Dəmirçilər kənd sakini Hadıyev Rəşid Rəhim oğlunun,şəhər sakinləri, Məmmədova Aytən Arif qızının və Sadıqova Narın Ənvər qızının müxtəlif mövzuda olan müraciətləri  müvafiq olaraq cavablandırılıb.

 

 

 

 

Keçidlər