Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunun nümayəndə heyəti Litvanın Trakay şəhərindən xoş təəsüratlarla qayıtmışlar

05 iyun 2018 | 16:00

Bildiyiniz kimi, 2017-ci ilin may ayının 15-də Qazax rayonu ilə Trakay şəhəri arasında təhsil, mədəniyyət, tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlıq sazişi imzalanmışdır. Bu əməkdaşlıq bu gün yüksək səviyyədə davam etdirilir.
Trakay rayon bələdiyyəsinin meri Edita Rudelenenin rəsmi dəvəti ilə Trakay şəhərinə səfər edən nümayəndələrimiz Litvanın Trakay şəhərində keçirilən “Trakay yayı-2018” adlı bayram şənliyində iştirak etmişlər.
Nümayəndələrimiz Trakay rayon bələdiyyəsinin meri Edita Rudelene tərəfindən yüksək səviyyədə qarşılanmışlar. 01-03 iyun 2018-ci il tarixlərində keçirilmiş bayram şənliklərində və rəsmi ziyafət tədbirlərində Almaniya, İtaliya, İsrail, Polşa, Ukrayna, Belarus, Azərbaycan və Gürcüstan ölkələrinin nümayəndələri iştirak etmişlər.
Rəsmi ziyafətdə hədiyyələr mübadiləsi zamanı nümayəndələrimiz Trakay rayon bələdiyyəsinin meri Edita Rudeleneyə Qazax xalçası, üzərində “Damcılı bulağı” və “Göyəzən dağı” əks olunmuş suvenirləri təqdim etmişlər. Xanım mer təqdim olunmuş hədiyyələri yüksək qiymətləndirərək Qazax Rayon İcra  Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova dərin minnətdarlığını bildirmişdir.
Açıq havada keçirilən bayram şənliklərində Litvalılar milli geyimlərdə çıxış edərək rəqs etmişlər, maraqlı səhnəciklər nümayiş etdirmişlər. Trakay şəhərinin gəzməli və görməli yerlərinə gəzintilər təşkil olunmuş, tarixi abidələrinə baxış keçirilmişdir. 
Bayram şənliyi Trakay qəsrində möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.
Bayram tədbirlərində iştirak etmiş nümayəndələrimiz onlara göstərilən diqqət və qayğıdan, Litvalıların qonaqpərvərliyindən məmnun olduqlarını bildirərək  ən xoş təəsüratlarla rayona qayıtmışlar. Qazax və Trakay şəhərləri arasındakı bu münasibətlərin bundan sonra da uzun illər davam etməsinə  ümid etmişlər.

 

Keçidlər