Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər 3 saylı bağçada təmir işləri sürətlə davam etdirilir

07 iyun 2018 | 16:00

Bu gün sevindirici haldır ki, Qazax rayonunda həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işlərinin sırasında yeni bağça binalarının tikilməsi və yaxud əsaslı şəkildə təmir olunması da xüsusi yer tutur.  Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yenicə istifadəyə verilən 2 saylı uşaq bağçası bunun bariz nümunəsidir.  
Rayon rəhbərliyinin tapşırığı ilə əsaslı şəkildə təmir olunan növbəti belə şəhər bağçalarından biri də 3 saylı körpələr evi-uşaq bağçasıdır. 
İcra Başçısı bağçada körpələrin təlim-tərbiyə almaları üçün mövcud olan şəraitin olduqca yararsız olduğunu nəzərə alaraq bağçanın başqa binaya köçürülməsi barədə göstəriş verib. Bu məqsədlə bağça üçün vaxtilə təhsil şöbəsinin yerləşdiyi bina ayrılıb. Artıq bir neçə gündür ki, burada təmir işlərinə başlanılıb.
Bu gün İcra Başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə həmin binaya gələrək təmir işlərinin gedişatı ilə tanış olub.
İş icraçısı Süleyman Həsənov məlumat verərək bildirib ki, binanın damı başdan-başa sökülmüş və yeni metal örtüklə örtülmüşdür. Binanın daxili hissəsində söküntü işləri aparılır ki, bu iş də yekunlaşmaq üzrədir. Söküntü başa çatdıqdan sonra suvaq  vurulacaq, arakəsmə hissələrdə hörgü işlərinə başlanılacaq. Lazım olan hissələrə beton döşəmə töküləcəkdir. Bu işlərlə yanaşı, hazır olan otaqlarda tavana alçipan vurulacaqdır.
İcra Başçısı təmir işləri ilə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib, görülən işlərin keyfiyyətlə aparılmasını tapşırıb.

Keçidlər