Şriftin ölçüsü :

Saytın rəngi :

Xəstəxana binasının tikintisində əsas işlər görülüb

07 iyun 2018 | 16:00

Azərbaycanın iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğı, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu sahədə əhaliyə göstərilən yüksək xidmət əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır və  Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Yeni tibb ocaqlarının inşa olunması, səhiyyə müəssisələrinin yaradılması bu istiqamətdə atılan ən uğurlu addımlardır. İstər respublikanın böyük şəhərlərində, istərsə də ən ucqar bölgələrdə bu tədbirlərin həyata keçirilməsi əhalinin sağlamlığının keşiyində dayanılmasına xidmət edir.
10 korpusdan ibarət olacaq və 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Qazax rayon Mərkəzi Xəstəxanasının tikintisi də bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə tikinti meydançasına gəlib, görülən işlərlə maraqlanıb.
Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda aparılan əsas tikinti işləri yerinə yetirilib. Bütün korpuslarda dam örtükləri vurulub, xarici və daxili arakəsmələr başa çatdırılıb. Pəncərələr quraşdırılıb. Bundan əlavə, sahədaxili kanalizasiya və su xətti çəkilib.
İş icraçısı qeyd edib ki, binanın daxilində bütün əsas işlər başa çatdırılıb. Bununla yanaşı, binanın çöl hissəsində də tikinti işləri görülür. Binanın ətrafına hasar çəkilib, giriş hissəsinə isə aqlay vurulub. Eyni zamanda, binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunubdur. Binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası üçün bina tikilib.
Nəzarət-buraxılış məntəqəsi hazır vəziyyətdədir. Sanitar qovşaqlarında kafel və metlax vurulması da başa çatıb. Hazırda əsas korpusda üzləmə işləri gedir. Binanın xarici hissəsində keramo-qranit örtüyü vurulur. Eyni zamanda, binanın daxilində elektrik və havalandırma işləri görülür. 
İcra başçısı inşaat işləri ilə ətraflı tanışlıqdan sonra tikintinin daha da sürətləndirilməsini tapşırıb.

Keçidlər