Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında möhtəşəm bayram tədbiri keçiriləcəkdir

09 iyun 2018 | 16:00

İyunun 1-dən etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbirləri aylığına start verilib.
Aylıq çərçivəsində növbəti bayram tədbiri Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında  keçiriləcəkdir. Böyük əhəmiyyət kəsb edən bu möhtəşəm tədbir xalqın öz rəhbərinə olan sonsuz sevgisini, qüdrətli ordusuna olan inamını bir daha nümayiş etdirəcəkdir. 
Bu gündən bayram tədbiri ilə əlaqədar Qazax rayonunda və eləcə də şəhərimizdə geniş hazırlıq işlərinin aparılmasına, tədbirin keçirildiyi Mədəniyyət Mərkəzinin qarşısının bayramsayağı bəzədilməsinə start verilib.
Möhtəşəm bayram tədbiri 13 iyun 2018-ci il tarixdə saat 17:00-da Qazax şəhərindəki Mədəniyyət Mərkəzinin qarşısında keçiriləcəkdir.
Bütün rayon sakinlərini və şəhərimizin qonaqlarını bu vətənpərvərlik bayramında iştirak etməyə dəvət edirik.

 

Keçidlər