Şriftin ölçüsü :

Saytın rəngi :

Binalarda işlər başa çatmaq üzrədir

11 iyun 2018 | 16:00

Ölkə Başçısı İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binası əsaslı şəkildə təmir olunmuşdur.
Çoxmənzilli binalarda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri bu il də davam etdirilir. Bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilmişdir. Nəzərdə tutulan bu binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır. Hazırda 21 çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılıb ki, həmin binalarda işlər sürətlə davam etdirilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov demək olar ki, mütəmadi olaraq “Hərbi şəhərcik” adlanan yaşayış massivində olaraq hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarında, eləcə də həmin ərazidə yerləşən digər çoxmənzilli binada aparılan əsaslı təmir işləri ilə yaxından tanış olur.
Rayon rəhbərliyi bu gün də təmir olunan binalara baş çəkib, görülən işlərlə tanış olub.
İş icraçısı Nəsrəddin Məmmədov məlumat verərək qeyd edib ki, 3 saylı binanın daxilində və xarici fasadında suvaq işləri aparılıb. Hər iki hissədə rənglənmə işləri tam başa çatıb. Bundan əlavə, blokların giriş hissəsinə qoyulmuş yeni dəmir qapılarda da eyni iş həyata keçirilib. Binanın elektrik və telefon xətləri yenilənib. Pilləkanların kənarında olan məhəcərlər düzülüb, həyətdə olan oturacaqlar rənglənib.
2 saylı binada görülən işlər barədə məlumat verərək bildirib ki, binanın daxilində işlər yekunlaşıb. Hazırda binanın xarici fasadında rənglənmə işləri aparılır. Ümumiyyətlə, digər binalarda da işlər sürətlə həyata keçirilir, demək olar ki, yekunlaşmaq üzrədir. 
3 saylı binada yaşayan sakinlərdən Aidə Qapaqova, Tərlanə İbrahimova, 2 saylı bina sakini Həmayə Həsənova 192 ailənin yaşadığı bu binalarda təmir işlərinin aparılmasını, hərbçi ailələri üçün lazımi şəraitin yaradılmasını böyük sevinc hissi ilə qarşıladıqlarını bildiriblər. Rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə görə Respublika Prezidenti İlham Əliyev cənablarına bütün bina sakinləri adından öz dərin minnətdarlıqlarını çatdırıblar. Hərbiçi ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini ifadə ediblər.

Keçidlər