Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonundakı hərbi hissədə Mətbuat günü ilə əlaqədar QHT və KİV nümayəndələri ilə əsgər və zabitlərin görüşü keçirilmişdir

20 iyul 2014 | 15:00

Qazax rayonundakı hərbi hissədə Mətbuat günü ilə əlaqədar QHT və KİV nümayəndələri ilə əsgər və zabitlərin görüşü keçirilmişdir.
Tədbiri giriş sözü ilə Milli Məclisin deputatı Qənirə xanım Paşayeva açmış və geniş nitq söyləmişdir. Bildirmişdir ki, ordu quruculuğu ölkəmizdə dövlət siyasətinin prioritet sahəsidir. Ordumuz son illərdə daha da güclənmiş, dünyanın müasir, nizami ordularından birinə çevrilmişdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti bu gün möhtərəm Prezidentimiz,  ali baş komandan  İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Biz əminik ki, bu uğurlu siyasət, xalqla ordunun birliyinin möhkəmləndirilməsi, ordumuzun daha da güclənməsi nəticəsində torpaqlarımızı erməni işğalından azad edəcəyik.
Sonra çıxışlar olmuşdur. Azərbaycan Respublikası  Prezidenti yanında QHT-lərə Dəstək Şurasının üzvü, Qaçqın rayonlar üzrə Gənclər təşkilatının sədri Vüqar Qədirovun, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyevin, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Biriliyinin sədri Anar Xəlilovun, şair Şamil Sabiroğlunun, şairə Zeynəb Şahidqızının, şair Elşən Sabiroğlunun, Türkiyədən gəlmiş qonaq Turqay Çabalanın və başqalarının torpaqlarımızın işğaldan azad edilməsi, torpağın müqəddəs olması ilə bağlı  söylədikləri fikirlər əsgər və zabitlər tərəfindən alqışlarla qarşılanmışdır.
Qazax rayonunun “Göyəzən” instrumental ansamblının və muğənnilərin çıxışları, oynaq rəqs havaları hərbi hissənin əsgər və zabitlərinə xoş ovqat bəxş etmişdir.
Millət vəkili Qənirə xanım Paşayeva özünün yenicə çapdan çıxmış “Hesab vaxtı” kitabını hərbiçilərə hədiyyə etmişdir. Bundan sonra onlara diplom və qiymətli hədiyyələr verilmişdir.
Hərbi hissədə əsgər və zabitlərlə xatirə şəkili çəkdirilmişdir.
Tədbirdə Qazax rayonu İcra Hakimiyyəti başçısının müavini  Gülayə Həsənova və Aparatın İnformasiya Təminatı və təhlil sektorunun müdiri Məhəməd Orucov  iştirak etmişlər.

 

 

Keçidlər