Şriftin ölçüsü :

Saytın rəngi :

Barama tədarükü davam edir

17 iyun 2018 | 16:00

Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur.
Rayonumuzda 3 ildir ki, barama yetişdirilir. Kümçülərin hər il yüksək məhsuldarlıq əldə etmələri və  rayon rəhbərliyi tərəfindən bu sahədə çalışan zəhmət adamlarına göstərilən diqqət və qayğı onları daha böyük səylə çalışmağa sövq edir. Ona görə də kümçülər bu sahəni ildən-ilə daha da inkişaf etdirirlər.
Hazırda Qazax rayonunda barama tədarükü uğurla davam edir. Kümçülər yetişdirdikləri 5648,3 kq kiloqram məhsulu “Şəki İpək” ASC-nin nümayəndələrinə təhvil veriblər.
Məlumat üçün bildirək ki, 2016-cı ildə Qazax rayonunda 1500 kiloqram, 2017-ci ildə isə 4623 kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-yə təhvil verilib. Bu il isə kümçülər daha çox barama təhvil verməyi qarşılarına məqsəd qoyublar.

Keçidlər