Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər 2 saylı bağçada tərbiyə alan uşaqlar üçün oyun parkı yaradılacaq

04 iyul 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən körpə balalara olan diqqət və qayğısı hər kəsə məlumdur. Bu qayğını elə ilk gündən hiss edən körpə fidanlar bu gün yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunur, yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunurlar.
Bu qayğını son 2 il müddətində rayon rəhbərinin bağçalarla bağlı həyata keçirdiyi genişmiqyaslı tikinti-quruculuq işlərindən də aydın şəkildə görmək olar. Bu gün rayonda 25 bağça fəaliyyət göstərir ki, (19-u kəndlərdə, 6-sı şəhərdə) rayon rəhbərinin tapşırığına əsasən həmin bağçaların əksəriyyəti əsaslı şəkildə təmir olunub, bəziləri üçün isə yeni bina tikilib. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası bunun bariz nümunəsidir.
İcra Başçısının körpə balaların müasir standartlara cavab verən bağçalarda tərbiyə almaları üçün bağça tikintisi və əsaslı şəkildə təmir olunması ilə bağlı verdiyi tapşırıqlar bu il də davam etdirilir.
Bu il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilən 2 saylı uşaq bağçası və hazırda 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmir olunması bunu bir daha sübut edir.
Bu gün isə İcra Başçısı Rəcəb Babaşov 2 saylı uşaq bağçasında çalışan müəllimlərin və valideynlərin xahişini nəzərə alaraq bağçada tərbiyə alan uşaqlar üçün yeni oyun parkınının yaradılması ilə bağlı tapşırıq verib. Park üçün ayrılmış əraziyə baxıb, tez bir zamanda körpə fidanlar üçün lazım olan avadanlıqların alınmasını və yaradılacaq parkın yüksək səviyyədə olmasını bildirib.
Bağçanın müəllimləri və valideynlər onların xahişini nəzərə alaraq oyun parkının salınmasına görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər