Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Tovuzda vətəndaşları qəbul edəcək

09 iyul 2018 | 16:00

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tovuz rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul iyulun 12-də saat 11:00-da Tovuz rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəmkir Regional Bölməsinə (Ünvan: Şəmkir, Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”) müraciət etmələri (əlaqə tel: +99451 566 41 73) xahiş olunur.
Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün Şəmkir, Tovuz, Qazax və Ağstafa rayon təhsil şöbələrində iyulun 6–dan 11-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Keçidlər