Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlıq obyektlərinin qarşısında səliqə-sahman yaradılmışdır

09 iyul 2018 | 16:00

Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Son illərdə Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, neft sektorundan asılılığın azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və s. sosialyönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.
Bu gün rayonda fəaliyyət göstərən sahibkarlar dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. Onlar üçün yaradılan münbit şəraitdən səmərəli istifadə edən sahibkarlar ölkə iqtisadiyyatının, xüsusilə də Qazax rayonunda sahibkarlığın inkişafı üçün böyük səylə çalışır, bu sahəni daha da genişləndirirlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da fəaliyyətə başladığı ilk gündən rayonda çalışan sahibkarlara hər cür dəstək olur. Rayonda onlara bu sahənin öndə olması üçün bütün imkanları yaradılır. Rayon rəhbərinin yeni yaradılan müəssisələrin açılış mərasimlərində şəxsən iştirak etməsi və öz xeyir-duasını verməsi bunun bariz nümunəsidir.
Sevindirici hal isə odur ki, sahibkarlar bu diqqət və qayğını yüksək qiymətləndirirərək rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərini dəstəkləyir və öz töhfələrini verirlər.
Belə ki, şəhərin Ə.Şıxlinski küçəsində fəaliyyət göstərən sahibkarlıq obyektlərinin qarşısında səliqə-sahman yaradılmış, obyektlərin qarşısına asfalt örtüyü döşənmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir.  “Anar market” adlı ərzaq mağazası işlədən sahibkar Anar Məmmədov, Sahibkar Vahid Əsgərov və “İK” marketin əməkdaşı Ceyhun Paşayev Qazaxda sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün sahibkarlara geniş imkanların  yaradılmasını bildirmişlər.  Onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısına və rayon rəhbərliyinə bütün sahibkarlar adından öz minnətdarlığını söyləmişlər.

Keçidlər