Şriftin ölçüsü :

Saytın rəngi :

Taxıl biçini davam edir

22 iyul 2018 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da taxıl biçini davam edir. Rayonda cari ilin məhsulu üçün 12629 hektar sahədə taxıl əkilmişdir ki, onun 9102 hektarını buğda, 3527 hektarını isə arpa təşkil edir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.
Bundan əlavə, taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə 53 kombayn cəlb edilib.
3527 hektar arpa sahəsinin 3523,5 hektarında biçin aparılıb. Qalan 4,5 hektar sahədə də biçin işləri başa çatmaq üzrədir. Biçin aparılmış sahələrdən 8723 ton məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 24,8 sentnerdir.
Məlumat üçün bildirək ki, arpa ilə yanaşı, buğda biçini də davam edir. 9102 hektar buğda sahəsinin artıq 8131 hektarı biçilib. Zəmilərdən 29849 ton məhsul əldə olunub.
Ümumilikdə isə mütəxəssislərin sözlərinə görə bu il rayonda zəmilərdən bol məhsul götürüləcəyi proqnozlaşdırılır.

Keçidlər