Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax: Nəticələr ürəkaçandır

24 iyul 2018 | 16:00

İyul  ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının  sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrlə əlaqədar Qazax rayonunda hesabat yığıncağı keçirilib.
  Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirdi ki, 2018-ci ilin birinci yarımili Qazax rayonu üçün uğurlu olmuşdur.
Qazax rayonu üzrə 2018-ci ilin yerli gəlir və xərclərinin proqnozu 9363000 manat məbləğində müəyyənləşdirilmişdir.
2018-ci ilin birinci yarımilində yerli daxilolmalar 4243312 manat proqnoza qarşı 5449314 manat və ya 128,42 faiz yerinə yetirilərək büdcəyə 1206002  manat artıq vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 1160105 manat və ya 27,05 faiz çox vəsait daxil olmuşdur.
     2018-ci ilin birinci yarımilində yerli gəlirlər cəmi 4689034 manat proqnoza qarşı 5895036 manat, yəni 125,72 faiz yerinə yetirilmişdir.
     Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində müəyyən və nəzərdə tutulan işlər görülmüşdür.
Rayon üzrə  Qazax Elektrik şəbəkəsi tərəfindən  23876 abonentə xidmət göstərilir.
2018-ci ilin birinci yarımilində Qazax Elektrik şəbəkəsi tərəfindən rayonu elektrik təchizatı ilə təmin edən 110/35/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcədə 35/10 kv-luq yarım stansiyalarda olan avadanlıqlarda cari təmir işləri aparılmışdır. Qazax rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuş, 21274 obonentə xidmət göstərilmiş, əhali 24 saat fasiləsiz enerji ilə təmin olunmuşdur. .
Qazax Telekommunikasiya Qovşağı tərəfindən 2018-ci ilin birinci yarımilinin  yekununa görə 723720 manat tarif gəliri proqnozuna qarşı 777881 manat gəlir əldə edilərək proqnoz tapşırığa 107 faiz əməl olunmuşdur.
    Qazax “Su Kanal” idarəsi tərəfindən 2018-ci ilin 6 ayı ərzində 6240 əhali abonentə xidmət göstərilmiş, içməli su və çirkab suların dəyəri 265907 manat olmuş,  227037 manat vəsait toplanmışdır.
     Qazax şəhəri Osman Sarıvəlli küçəsində 100 mm-lik dəmir boru vasitəsilə uzunluğu 250 metr olan su xətti  və Ürkməzli kəndində 1500 metr uzunluğunda içməli su xətti çəkilmişdir.
    Fərəhli kəndində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1,5 km uzunluğunda içməli su xətti çəkilmiş və 16 tonluq su çəni quraşdırılmışdır.
    2018-ci ilin 6 ayında Qazax Kommunal Müəssisələri Kombinatı üzrə 416890 manat vəsait daxil olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə  245436 manat çoxdur. Kombinat tərəfindən göstərilən xidmətlərə  görə  39907 vəsait yığılmışdır.
Mənzil İstismar Sahəsi üzrə 71672 manat vəsait daxil olmuşdur.
26 iyun 2018-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin  yaranmasının 100 illiyi günündə Qazax şəhəri “Hərbi şəhərçik”də yerləşən 4 çoxmənzilli yaşayış binalarının əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir.
    Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi  orta, 6 ibtidai məktəb və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan  11786 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1714 nəfər müəllim məşğul olur.
     2017-2018-ci ilin tədris ili ərzində Rayon Təhsil Şöbəsinin müvafiq əmri ilə yaradılmış İşçi qrupun üzvləri tərəfindən rayonun 40 ümumtəhsil məktəbində ayrı-ayrı fənlər üzrə  monitorinqlər aparılmış, nəticələr yekunlaşaraq müzakirə olunmuşdur.
2018-ci ilin əvvəllərində rayonda olan körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, Qazax şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları yeni bərk və yumşaq inventarlarla, elektrik cihazları və digər avadanlıqlar ilə təmin olunmuşlar.
    6 ay  ərzində bütün mədəniyyət müəssisələri üzrə 848 mədəni-kütləvi tədbir keçirilmişdir.
Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 30 dekabr  2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir. Artıq Xəstəxananın əsas binasında tikinti işləri yekunlaşmaq üzrədir.
   Rayon Gənclər və İdman idarəsi tərəfindən 2018-ci ilin 6 ayında gənclərlə iş sahəsi üzrə 17, bədən tərbiyəsı və idman sahəsi üzrə 18 tədbir keçirilmişdir.
    Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci yarımildə 11  yeni  müəssisə yaradılmış, 274-ü daimi olmaqla 427 yeni iş yeri açılmışdır.
İdarə və müəssisələrdən verilmiş boş iş yerlərinə əməyin ödənişində minimum əmək haqqı 130 manat, maksimum əmək haqqı isə 399 maat olmuşdur.
    Rayonda  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uyğun  olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu  kimi  2018-ci ilin birinci yarımilində də uğurla davam  etdirilmişdir.
“Azəravtoyol” ASC tərəfindən Qazax-Uzuntala avtomobil yolundan ayrılan,  ümumi uzunluğu 7 km olan ermənistanla sərhəddə yerləşən Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi  işləri yekunlaşmışdır.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri başa çatmaq üzrədir. 
Rayon İcra Hakimiyyəti tərəfindən Məzəm kəndində 12 ailənin həyətində ümumi uzunluğu 238 p/m olmaqla, 714 m2 istinad divarının çəkilişi davam edir.
“İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində aqropark yaradılmışdır.
2018-ci ilin birinci yarımlliyi ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
Qazax Suvarma Sistemləri İdarəsi rayonun 17421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir.  Qeyd olunan sahələrin suvarılması tutumu 120 milyon m3 olan Ağstafaçay su anbarı, tutumu 20 milyon m3   olan Coğazçay su anbarı, tutumu 2,6 milyon m3 olan İncəsu çay su anbarı, tutumu 0,2 milyon m3   olan Acı dərə kiçik su tutarında yığılan sular, öz başlanğıcını Gürcüstan Respublikasının ərazisində Xram çayından götürən Şıxlı arxı, həmçinin Xram və Kür çayları üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə aparılır.
      2018-ci ilin məhsulu  üçün rayonda  9102 hektar buğda, 3527 ha arpa olmaqla cəmi 12629 hektar  taxıl, 1086 hektar  kartof,  543,5 hektar qarğıdalı,   492,1 hektar tərəvəz, 2,4 hektar darı,   3571,5 hektar yonca,   259,7 hektar noxud,  46 hektar günəbaxan,  60 hektar tütün,   88  hektar sorqo  və  31 hektar bostan bitkiləri   əkilmişdir.2018-ci ildə Qazax kümçüləri tərəfindən 5.000 kq baramanın yetişdirilməsi  nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində “Azəripək” ASC-yə təhvil verilmişdir ki, bu da nəzərdə tutulmuş planın 125 faiz icrası deməkdir.
Hazırda rayon ərazisində taxıl biçini sürətlə davam edir. Bu günədək 3510 hektar arpa, 4993  hektar buğda sahəsi biçilmişdir. Arpa bitkisi üzrə orta məhsuldarlıq 24,6 sentner, buğda bitkisi üzrə 31,4 sentner təşkil etmişdir. Rayonun Yuxarı Salahlı kəndində 1 hektar ərazidə tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksinin tikintisi davam etdirilir. Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Hesabat dövründə 114 baş ana malda süni mayalanma aparılmış və 121 baş bala alınmışdır. Süni mayalanmadan alınmış  buzova görə 12100 manat subsidiya verilmişdir. 6 ay ərzində ət istehsalı 27416 sentner, süd istehsalı 156277 sentner, yumurta istehsalı 2650 sentner olmuşdur.
Qazax rayonu Baytarlıq idarəsi tərəfindən  2018-ci ilin birinci yarımilində fərdi və fermer təsərrüfatlarında olan 31406 baş iri buynuzlu, 140948 baş xırdabuynuzlu, və 1153 baş  təkdırnaqlılar qarayara, 31634  baş iri buynuzlu, 92420 baş xırdabuynuzlu  heyvanlar dabax, 4607 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı peyvənd edilmişdir.
   2018-ci  ilin 6 ayı ərzində Qazax RİH başçısı tərəfindən kəndlər və şəhərdə 20 səyyar görüş  keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 3881 nəfər, müraciət edənlərin sayı 149 nəfər olmaqla 98  təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 36-sı (36,7%) icra edilmiş, 41 (41,9 %) məsələ üzrə işlər davam edir, 21 (21,4%)  təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
      Məruzə ətrafında Qazax Elekrik Şəbəkəsinin rəisi Elşad Məmmədov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov,  DSMF Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanov çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
       Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini verib.


                                                                                                    Vəli Vəliyev
                                                                                                   “Respublika”

Keçidlər