Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni həkim məntəqəsində görülən işlər yekunlaşmaq üzrədir

27 iyul 2018 | 16:00

Bu gün tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda bütün sahələr diqqət mərkəzində saxlanılır. Diqqət göstərilən sahələrdən biri də səhiyyə sahəsidir.  Şəhər mərkəzində, eləcə də kəndlərdə əhalinin sağlamlığının keşiyində dayanılması üçün zəruri tədbirlər görülür, sakinlərə hər zaman qayğı ilə yanaşılır.
Şəhərdə inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisi, eləcə də rayonun kəndlərində yeni tibb məntəqələrinin inşa olunaraq vətəndaşların istifadəsinə verilməsi bunun bariz nümunəsidir.
Rayonun Yuxarı Salahlı kəndində inşa olunan həkim məntəqəsi də bu sahədə həyata keçirilən işlərin əyani sübutudur. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikilən məntəqədə tikinti başlayan ilk gündən işlərin sürətlə aparılmasının nəticəsidir ki, artıq məntəqədə son tamamlanma işləri aparılır.
Demək olar ki, su kanalizasiya xəttinin çəkilməsi işi və izolyasiya sistemi qurtarıb. Elektrik xətti çəkilib. İstilik sisteminin quraşdırılması yekunlaşmaq üzrədir. Xarici və daxili fasadda suvaq işləri başa çatıb. Binada rənglənmə və kafel-metlak işləri qalıb. Bundan əlavə, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edən çardaq quraşdırılıb.
 

Keçidlər