Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni bağçada son tamamlanma işləri görülür

30 iyul 2018 | 16:00

Bu gün sevindirici haldır ki, Qazaxda azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması günün vacib məsələlərindən biri hesab olunur. Bunu rayonda yeni bağça binalarının tikilməsindən və yaxud da əsaslı şəkildə təmir olunmasından, körpələr üçün hər cür şəraitin yaradılmasından, bağçaların müasir inventar və avadanlıqlarla təmin edilməsindən də aydın şəkildə görmək olar.
Şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunması, Daş Salahlı və Kosalar kəndlərində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması, Canalı kənd uşaq bağçasının əsaslı təmir olunması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir.
Rayonumuzda əsaslı şəkildə təmir olunan 3 saylı körpələr evi-uşaq bağçası da təmir olunan bağçalar sırasındadır. Artıq 2 aydan çoxdur ki, əsaslı şəkildə yenidən qurulan bağçada son tamamlanma işləri aparılır.
Mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olan Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də 3 saylı körpələr evi-uşaq bağçasında olub.
İş icraçısı Süleyman Həsənov yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, hazırda bütün əsas işlər tam başa çatıb. Yalnız otaqlarda rənglənmə işi qalıb ki, yaxın vaxtlarda bu iş də görüləcəkdir.
İcra Başçısı bağçada görülən bütün işlərin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini tapşırıb.

Keçidlər