Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciətlərinə yerində baxılıb

03 avqust 2018 | 16:00

Vətəndaş amilinin ön planda tutulduğu Qazax rayonunda hər bir sakin tərəfindən qaldırılan məsələyə diqqətlə yanaşılır. Onları narahat edən qayğılar yerindəcə araşdırılır və həll olunması üçün konkret işlər görülür.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bu gün qəbul zamanı müraciət etmiş şəhər sakinləri – Tamara Şaqumova, Mehriban Əhmədova, Zəminə Məzəmova, Şahlıq Mustafayeva və Afaq Hüseynovanın xahişini nəzərə alaraq 
vətəndaşların qaldırdıqları məsələlərlə bağlı yerində baxış keçirib.
Heydər Əliyev prospektində ikimərtəbəli, 8 ailəlik binada yaşayan sakinlər həyətdə yaranmış mövcud vəziyyət barədə məlumat veriblər.
Sakinləri narahat edən qayğıları diqqətlə dinləyən müavin binanın həyətinin xırlanması, qaz xəttinin səliqəyə salınması və rənglənməsi, eləcə də binanın prospektə baxan hissəsində vətəndaşların istəyinə uyğun olaraq taxta məhəcərlərin qoyulması barədə aidiyyəti təşkilat nümayəndələrinə tapşırıq verib.
Sakinlər onların müraciətinə belə operativ şəkildə baxılmasına və lazımi tapşırıqların verilməsinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər