Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər 2 saylı tam orta məktəbdə işlər sürətlə davam etdirilir

04 avqust 2018 | 16:00

Xəbər verdiyimiz kimi, artıq 3 aydan çoxdur ki, rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə dahi şair Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə əsaslı tikinti işlərinə başlanılıb. İlk gündən təmir işlərinə böyük sürətlə start verilib. İnşaatçılar yeni dərs ilinin başlanmasına kimi təmir işlərini başa çatdırmaq üçün böyük səylə çalışırlar.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova məktəbdə görülən işlərlə yaxından tanış olub.
İş icraçısı Pərviz Qafarov məlumat verərək bildirib ki, aprel ayından başlayaraq aparılan əsaslı tikinti işləri sürətlə davam etdirilir. Qısa zaman kəsiyində məktəbin əsas binasında, sinif otaqlarında, köhnə idman zalında, klub və bufetdə, eləcə də arxada yerləşən yardımçı otaqlarda söküntü işləri aparılıb. Binanın təmir aparılan hissəsində xarici və daxili fasadda olan köhnə suvaq çapılaraq tökülüb, qapı və pəncərələr sökülüb. Bundan əlavə, dam örtüyü, tavan və döşəmələrdə də söküntü işləri həyata keçirilib. Söküntü işləri aparılan yerlərdə dam örtüyü təzələnib. Söküntü bitən hissələrə suvaq vurulur ki, binanın xarici fasadında, idman zalı və klubda bu iş yekunlaşıb. Bundan başqa, əsas binanın bir hissəsində, idman zalı və köməkçi hissələrin dam örtüyü vurulub. Eyni zamanda, pəncərələrin kənarlarına aqlaydan olan haşiyələrin işlənməsi də başa çatıb.
İş icraçısı hazırda görülən işlər barədə məlumat verərək bildirib ki, A korpusunda dam örtüyü tamamilə vurulub. 1-ci və 2-ci mərtəbələrdə alçiban işi başa çatıb. Pəncərələr qoyulub və kənarlarına aqlay vurulması başa çatıb. Bundan əlavə, 2-ci və 3-cü mərtəbələrin divarlarında üzlük vurulması işi yekunlaşıb. 1-ci mərtəbədə isə bu iş 80% yerinə yetirilib. Bundan əlavə, 1-ci və 2-ci mərtəbələrdə sanitar qovşaqlarda arakəsmələr və kafel-metlax işləri görülür. Eyni zamanda, hər iki mərtəbədə taxta döşəmə vurulub, otaqlarda və xarici fasadda boyaq işləri aparılır.
B korpusunda istilik və su xətlərinin çəkilişi davam edir. 3-cü mərtəbədə alçiban vurulması işi 100 faiz başa çatıb. Bu iş 2-ci mərtəbədə 80 faiz, 1-ci mərtəbədə isə 50 faiz yerinə yetirilib. 3-cü mərtəbədə taxta döşəmənin vurulmasına başlanılıb. 2-ci və 3-cü mərtəbələrdə boyaq işləri, plastik pəncərələrin qoyulması, eləcə də şüşələrin taxılması və elektrik xətlərinin çəkilişi davam edir.
C korpusunda isə dam örtüyünün vurulması üçün taxta konstruksiyanın yığılması işləri davam edir. Xarici fasadda və otaqlarda suvaq işləri aparılır, pəncərələrin kənarlarına aqlaydan haşiyələr vurulur.
Məlumat üçün bildirək ki, məktəbdə əsaslı təmir işləri ilə yanaşı, müasir standartlara cavab verən emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunub.

Keçidlər