Şriftin ölçüsü :

Saytın rəngi :

Aqroparkda işlər yekunlaşmaq üzrədir

09 avqust 2018 | 16:00

Azərbaycanda həyata keçirilən uğurlu islahatlar ölkəmizin sosial-iqtisadi inkişafının davamlı olmasına, iqtisadiyyatın neft amilindən asılılığının azalmasına geniş imkanlar yaradır. Bu gün demək olar ki, elə bir sahə yoxdur ki, orada olan inkişaf, tərəqqi gözə çarpmasın. Respublika Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncam və fərmanlar bu sahənin artan templə inkişaf etməsindən xəbər verir.
Dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr respublikamızın hər yerində oluğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin yaradılması bunun bariz nümunəsidir.
Rayonun İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən tikilən Aqropark da bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu addımlardan biridir. Belə ki, rayonda yaradılmış bu Aqropark həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin açılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Aqroparkda görülən son tamamlanma işləri ilə tanış olub.
Layihə rəhbəri Kamil Əlimirzəyev tikinti işləri barədə məlumat verərək bildirib ki, əsas işlər tam başa çatıb. 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi yekunlaşıb. Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilib. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıb.
Aqroparkda ən böyük işlərdən biri olan Xram çayı üzərində 3 pilləli nasos stansiyalarının tikilməsidir ki, bu gün nasoslar tam gücü ilə işləyir və həmin nasoslar vasitəsilə gecə-gündüz suvarma işi həyata keçirilir. Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.
Layihə rəhbəri son tamamlanma işləri barədə məlumat verərək bildirib ki, 2600 tonluq soyuducu anbar da tam hazırdır. Anbarda avadanlıqların sınaq testləri də aparılıb. Bildirilib ki, tam hazır olan inzibati binada isə təmizlik işləri aparılır. Lazım olan bütün avadanlıqlar quraşdırılıb.
Layihə rəhbəri onu da qeyd edib ki, bütün işlər paralel şəkildə həyata keçirilir. Kompleksin həyətində həyət abadlaşma işləri aparılır ki, bu da başa çatmaq üzrədir. Hazırda həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilir.

 

 

Keçidlər