Şriftin ölçüsü :

Saytın rəngi :

KAMAL ƏHMƏDOVUN 80 İLLİK YUBİLEYİ KEÇİRİLMİŞDİR.

26 sentyabr 2014 | 15:00

Respublikanın əməkdar məşqçisi, SSRİ idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, respublikanın əməkdar məşqçisi, Prezident təqaüdçüsü, respublika dərəcəli hakim Kamal Əhmədovun 80 illik yubileyi qeyd edilmişdir. Bu münasibətlə Ədəbiyyat Muzeyinin akt zalında idmançıların, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Muzeyin foyesində yubilyarın keçdiyi idman yolunu özündə əks etdirən foto-stend qurulmuşdur.
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə bütün sahələrlə yanaşı  idmana göstərilən diqqət və qayğıdan danışmış, Kamal Əhmədovun keçdiyi şərəfli idman yolundan söz açmışdır.
Respublika Gənclər və İdman Nazirliyinin məsul işçisi Tofiq Eyvazov, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev öz çıxışlarında Azərbaycan idmançılarının qazandıqları qələbələri qeyd edərək Kamal Əhmədovun gənc güləşçilərə ən böyük örnək olduğunu bildirmişlər.
Azərbaycan Müəllimlər İnstitutu Qzax filialının direktoru Afaq Qasımova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev, əməkdar incəsənət xadimi, Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsal, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sərhəd Məmmədov, respublikanın əməkdar bədən tərbiyəsi və idman işçilərindən Ramiz Tağıyev və Rafiq Həsənov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ələddin İncəli, sair Tofiq Saleh, Yuxarı Salahlı bələdiyyəsinin sədri Şahismayıl Məmmədov  tədbirdə çıxış edərək yubilyar haqqında öz ürək sözlərini söyləmiş, xatirələrini danışmışlar.
Yubiley tədbirində aşıqlardan Camoy Qurbanov, Samir Cəlaloğlu və Lamiyə Hüseynova qədim saz havalarını ifa etmiş, veteran güləşçiyə həsr olunmuş mahnıları oxumuşlar.
Tədbirin sonunda Kamal Əhmədov çıxış edərək ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir.
Onu da qeyd edək ki, Olimpiya idman kompleksində Kamal Əhmədovun 80 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi keçirilmiş, qaliblər Fəxri Fərmanlarla mükafatlandırılmışlar.

Keçidlər