Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Qurban bayramı ilə əlaqədar aztəminatlı ailələrə qurban payları verilmişdir

04 oktyabr 2014 | 15:00

Oktyabrın 4-5-i bütün müsəlman ölkələri müqəddəs Qurban bayramını qeyd edir. Dünya müsəlmanlarını bir araya gətirən bu mərasimdə xeyriyyə işləri görülür, imkansızlara, aztəminatlı ailələrə əl tutulur. Həmin günlər qurban kəsib paylamaq ən xeyirxah əməl sayılır.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bayram münasibətilə hazırlıq işləri aparılmış və qurbanlar kəsilmişdir.
Rayonda yaşayan Şəhid ailələrinə, Böyük Vətən Müharibəsi və Qarabağ Müharibəsi veteranlarına, əlillərə və bütün aztəminatlı ailələrə qurban payları verilmişdir.



 

Keçidlər