Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Dövlət Müstəqilliyi günü ilə əlaqədar toplantı keçirilmişdir

17 oktyabr 2014 | 15:00

Sabah - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Müstəqilliyimizin 23 yaşı tamam olmuşdur.
XX yüzilliyin sonlarında Sovetlər İttifaqının süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Bu münasibətlə Qazax rayonunda toplantı keçirilmişdir. Toplantını Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev açmış və İcra Başçısının müavini Gülayə Həsənova məruzə ilə çıxış etmişdir. Toplantı iştirakçılarına müstəqillik illərində Azərbaycanda sosial-iqtisadi, elm, təhsil, mədəniyyət, müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi sahəsində əldə olunmuş uğurlar barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı daxili və xarici siyasət strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada yüksək yerlərdən birini tutmuş, qüdrətli söz sahibinə çevrilmiş, müstəqilliyimiz  isə dönməz və əbədi olmuşdur.
Sonra çıxışlar olmuşdur. Rayon Sığorta Agentliyinin rəisi Mübariz Abdullayev, Rayon Mədəniyyət və Turizm şöbəsinin aparıcı məsləhətçisi Nailə Əliyeva, AMİ Qazax filialının direktor müavini Məmməd Yusifov və başqaları Azərbaycanın Dövlət Müstəqillyinin əldə olunması, qorunub saxlanılması və daha möhkəmləndirilməsi ilə bağlı ölkəmizdə görülmüş işlərdən danışmışlar və öz ürək sözlərini bildirmişlər.

Keçidlər