Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 9 ayın yekunları müzakirə olunmuşdur.

30 oktyabr 2014 | 16:00

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Qazax rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun idarə, müaəssisə, təşkilat, hüquq-mühafizə orqanları rəhbərlərinin bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
    İclası giriş sözü ilə açan Qazax  rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz  Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 9 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş, ümumi daxili məhsul 2,5 % artmış, qeyri-neft sektorunda inkişaf 6,0 %, inflyasiya cəmi 1,5% səviyyəsində olmuş, əhalinin pul gəlirləri 5,4% artmışdır. İlin əvvəlindən ölkəmizin maliyyə resursları 3 milyard 600 milyon dollar artaraq 53 milyard dollara çatmışdır ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
    2014-cü ilin 9  ayı Qazax rayonu üçün də uğurlu olmuşdur.
  Qazax rayonu üzrə 2014-cü ilin yerli gəlir və xərclərinin proqnozu 21.143.000 manat  müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 5.490.000 manatını yerli daxilolmalar, 15.653.000 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 26,0 faiz, dotasiya isə 74,0 faiz olmuşdur.
2014-cü ilin 9 ayında yerli daxilolmalar 3.947.310 manat proqnoza qarşı 4.024.925 manat və ya 102 faiz yerinə yetirilərək büdcəyə  77.615  manat çox vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 234.001 manat çox vəsait daxil olmuşdur. Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 97,8 faiz təşkil etmişdir.
   2014-cü ilin ötən dövrü ərinzdə  yerli xərclər  89,8 faiz və ya 1.964.835 manat az icra olunmuşdur. 2013-cü ilin eyni dövrü ilə müqayisədə 7.236.881 manat və 29,4 faiz az icra olunmuşdur.
Rayon ərazisində 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2014-cü ilin 9 ayı ərzində əhaliyə 40.619.137 manat kredit verilmişdir ki, bunun da  33.762.868 manatı qısamüddətli, 6.856.269 manatı isə uzunmüddətlidir.
   Əhalidən 1.047.234 manat əmanət cəlb olunmuşdur.  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 85 nəfərə 853.500 manat kredit verilmişdir.
Dövlət Sosial Müdafiəsi Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2014-cü ilin 9 ayında ödəniş müəssisələrinə 20.354.000 manat vəsait köçürülmüşdür. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 1.910.000 manat çoxdur. Şöbədə 2014-cü ilin ötən düvrü ərzində sosial sığorta haqları üzrə yığım proqnozu 95,6 faiz yerinə yetirilmişdir. Bu göstərici büdcə təşkilatları üzrə 2.793.000 manat proqnoza qarşı  2.622.300 manat, yəni 94,0 faiz, qeyri büdcə təşkilatları və fiziki şəxslər üzrə isə 658.600 manata qarşı 680.600  manat toplanmaqla 103 faiz yerinə yetirilmişdir. Toplanmış vəsait 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 424.800 manat artıq olmuşdur.
2014-cü ilin 9 ayında Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3.372.649 manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir. Hesabat dövründə Mərkəz tərəfindən 2.767 ailəyə ÜSY təyin edilərək 2.123.095 manat vəsait  ödənilmişdir. Hal-hazırda 1.609 ailə ünvanlı sosial yardım alır. Bu ilin 9 ayında 980 ailəyə ÜSY təyin edilmişdir.
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.
2014-cü ilin 9 ayı ərzində Qazax Elektrik şəbəkəsi tərəfindən 10 kv hava xəttində 1,88 km, 0,4 kv hava xəttində 4,5 km uzunluğunda cari təmir işləri aparılmış, 39 ədəd yararsız dayaqlar yenisi ilə əvəz edilmiş və 53 ədəd transformator cari təmir olunaraq sxemaya qoşulmuşdur.  Əhali tərəfindən 209 yeni tikilmiş evlərə sayğaclar quraşdırılmış və 1,65 km uzunluğunda giriş xətlər çəkilmiş, 970 ədəd zədəli sayğaclar yeni elektron sayğaclarla əvəz edilmişdir.
Qazax şəhərini qidalandıran 35/10 kv-luq Qazax-1 yarımstansiyasında 4 MVA gücündə olan transformator yeni 6,3 MVA gücündə transformatorla əvəz edilmişdir.   
Qazax rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Rayon Qaz İstismar Sahəsi tərəfindən 9 ayda əhali abonentlərinə satılmış qazın dəyəri 2.069.749 manat olmuş, 2.085.848 manat (100,8 %) vəsait yığılmışdır. Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə  271.738 manat çoxdur. 163 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur.
Qazax Telekommunikasiya Qovşağı cari ilin 9 ayında planı 100 faiz yerinə yetirmiş və ötən müddət ərzində 39 yeni telefon xətti çəkərək  abunəçilərin istifadəsinə vermişdir.
Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su və telefon pulları qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, 1.999  ədəd bağlama qəbul edilmiş və 504  ədəd bağlama müxtəlif ünvanlara göndərilmiş, plan tapşırıqları 101 faiz yerinə yetirilmişdir.
“Qazax-Avtovağzal” ATSC-i 2014-cü ilin 9 ayında plana 106 faiz əməl edərək 296.000 sərnişinə xidmət göstərmişdir.
Qazax “Su Kanal” idarəsi tərəfindən 2014-cü ilin 9 ayında  5.847 abonentə xidmət göstərilmiş və 314.232 manat vəsait toplanmışdır. Bu isə satışın 96,1 faizini təşkil edir. Təşkilat tərəfindən 4 ədəd subartezian nasosu, 3 ədəd su mühərriki yenisi ilə əvəz olunmuş, 2 ədəd subartezian nasosu və 3 ədəd su mühərriki əsaslı təmir olunmuşdur.  2014-cü ildə idarəyə 1 əddə “Ford” markalı 10 tonluq su maşını gətirilmişdir.
Qazax Mənzil İstismar Sahəsi tərəfindən 6 yaşayış binasının dam örtüyündə əsaslı və  25 yaşayış binasının dam örtüyündə və kanalizasiya sistemində cari təmir işləri aparmış,  ötən 9 ay ərzində vətəndaşlardan 109,7 faiz mənzil xidmət haqqı toplamışdır.
    2014-cü ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.
    Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 6 orta ümumtəhsil,    7 ibtidai məktəbdə 11.293 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1.808 nəfər müəllim məşğul olur.
   2014-cü ilin yanvar ayında olimpiadanın ikinci rayon turunda 9 fənn üzrə    90 nəfər şagird  iştirak etmişdir. Onlardan 10 nəfəri mart ayında Bakı şəhərində keçirilən respublika turunda  iştirak etmiş, Ürkməzli kənd tam orta məktəbin   10-cu sinif şagirdi Baxşəliyev Yadigar biologiya fənni üzrə üçüncü yeri tutmuşdur. 
Azərbaycan Respubllikası Prezidenti Admistrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş  “Ülu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanının qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyev ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları dərsdən kənar vaxtlarda Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə tədris olunmuşdur. 
Qazax rayonu üzrə 3 imtahan mərkəzində IX sinifdən 1067 şagird, XI sinifdən 877 şagird buraxılış imtahanında iştirak etmişdir.Onlardan bir nəfəri qızıl medala, iki nəfəri isə fərqlənmə şəhadətnaməsinə təqdim edilmişdir. Məzunlardan 519 nəfəri TQDK-ya sənəd  vermiş, builki məzunlardan 219 nəfəri,   əvvəlki illərin məzunlarından isə 29 nəfəri, cəmi 320 nəfər ali məktəblərə daxil olmuşlar.
Rayon Mədəniyyət və Turizm şöbəsi 2014-cü ilin 9 ayında rayonda bayram konsertləri, şənliklər keçirmiş, əlamətdar günlər münasibətilə 38 mədəni-kütləvi tədbirlər təşkil etmişdir.  
Hesabat dövründə rayonun səhiyyə müəssisələrində profilaktik müayinələr də daxil olmaqla ambulator gəlişlərin sayı 106.000 nəfər olmuşdur.  9 ay ərzində 185 nəfər şəkərli diabet, 52 nəfər vərəm, 68 nəfər onkoloji xəstə aşkar edilərək dispanser qeydiyyata götürülmüşdür.
Qazax  Müalicə Diaqnostika Mərkəzinə  9 ay ərzində 11.184 ambulator gəliş  olmuş, Mərkəzdə 57.881 ümumi müayinə olunmuş, 682 cərrahi əməliyyat aparılmışdır. Hemodializ şöbəsində 95 xəstə müalicə alır. 2014-cü ildə 2 nəfər böyrək əməliyyatından sonra qeydiyyatdan çıxarılmışdır. 9 ayda 8.702 hemodializ seanslar tətbiq olunmuşdur.
   Dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla aparılmışdır. Rayon İcra hakimiyyəti Başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında maarifləndirmə işləri aparmışdır. Bunun nəticəsidir ki, əhali aksiyada mütəşəkkil sürətdə iştirak etmişdir. Müayinə nəticəsində 4.191 nəfərə ambulator, 118 nəfərə stasionar müalicə kursu təyin olunmuş, 47 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.    Rayonda qan vermə aksiyası keçirilmiş, 169 nəfər qan vermiş, bu göstərici respublika səviyyəsindən yuxarı olmuşdur.
   Rayon Gənclər və İdman idarəsi tərəfindən 2014-cü ilin 9 ayında gənclərlə iş sahəsi üzrə 14, bədən tərbiyəsı və idman sahəsi üzrə 22 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 3.892 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 25, Respublika yarışlarında 48 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.
   2014-cü ilin 9 ayı ərzində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 11.500.000 manat, ümumi məhsul buraxılışının həcmi  97.300.000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 8.570.000 manat, ötən illə müqayisədə 5,1 faiz çox, kənd təsərrüfatı məhsullarının həcmi isə 41.320.000 manat, keçən ilə nisbətən 2,4 faiz çox olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi  1.045 manat, orta aylıq əmək haqqı 253 manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. 9 ayda 23 yeni müəssisə yaradılmış, 720-si daimi olmaqla 750 yeni iş yeri açılmışdır. 2014-cü ilin 9 ayı ərzində Məşğulluq Mərkəzinə 83 dövlət müəssisəsindən 135 və 18 qeyri-dövlət müəssisəsindən 215, cəmi 350 boş iş yeri təqdim edilmişdır. Məşğulluq Mərkəzinə müraciət etmiş 685 nəfər vətəndaşlardan 359 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 95 nəfər münasib işlə təmin olunmuşdur.
Rayonda  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uyğun  olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri əvvəlki illərdə  olduğu  kimi  2014-cü  ilin 9 ayında da uğurla  davam  etdirilmişdir.
İllik gücü 1 milyon ton, ərazisi 56 hektar olan Qazax Sement zavodunda avqust ayından tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2013-cü il tarixli  2730 nömrəli Sərəncamı ilə 26 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən “Qazax Quşçu Ayrım avtomobil yolunun tikintisi” məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax rayon İcra Hakimiyyətinə 6,9 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə Qazax-Quşçu Ayrım avtomobil yolunun inşasının başa  çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin  07 oktyabr 2013-cü il tarixli  3183 nömrəli sərəncamı ilə 2 milyon və Azərbaycan Respublikası Nazirlər Kabinetinin  30 dekabr 2013-cü il tarixli 3983 nömrəli müvafiq Sərəncamına uyğun olaraq  1,72 milyon manat vəsait ayrılmışdır. Yolun tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir.  5 km uzunluğunda Fərəhli avtomobil yoluna nəqliyyatın hərəkətini yaxşılaşdırmaq üçün dəmyə xırı daşınaraq yayılmışdır.
   Dövlət Proqramına uyğun olaraq Qazax-Kosalar avtomobil yolunun tikintisinə başlanılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli 374s saylı Sərəncamına uyğun olaraq  180 şagird yerlik Quşçu Ayrım kənd tam orta, hər biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində ibtidai məktəblərin tikintisi və Qarapapaq  kənd ümumtəhsil orta məktəbində bərpa gücləndirmə işləri başa çatdırılaraq  istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində hər biri 100 yerlik olmaqla  2 körpələr evi-uşaq bağçalarının tikinti işlərinə başlanılmış, onlardan birində tikinti işləri başa çatdırılaraq  istifadəyə verilmiş, ikincisində isə son tamamlama işləri aparılır. Yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
   Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilmişdir.
Ağköynək kəndi ərazisində şəhərin məişət tullantılarının tökülməsi üçün 30 hektar ərazidə hamarlama və təmizləmə işləri aparılmış, tullantıların mərkəzləşmiş qaydada bir yerə tökülməsi üçün maşın- mexanizmlərinin köməyi ilə “Poliqon” yaradılmışdır. Aslanbəyli kəndində əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq  məqsədi ilə hər birinin tutumu 16 ton olan 3 ədəd su çənləri quraşdırılmış və su xətləri çəkilərək istifadəyə verilmişdir.
Azərbaycan Respublikası  Prezidentinin Sərəncamına əsasən rayonumuzda 16 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılmış, hazırda 7 subartezian quyusu qazılmışdır. Bundan əlavə Daş Salahlı kəndində tutumu 300 kub.m  olan su anbarı əsaslı təmir edilmiş, 5 km uzunluğunda su xətti çəkilmiş, 23 ədəd  su krantı quraşdırılmışdır. Aşağı Salahlı kəndində 2,5 km uzunluğunda su xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.  
Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı Sərəncamına uyğun olaraq köhnə mərkəzi xəstəxananın yerində yeni 145 çarpaylıq Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır.
Ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına  uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 300 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni yaşayış binalarının tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və sonrakı Qərarlarının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsi vəsaiti hesabına 13.553 hektar əkin sahəsi üçün 542.120 manat yardım hesablanaraq  verilmişdir.
   2014-cü ilin məhsulu üçün payızda və yazda əkilmiş 7.880 hektar sahədə yetişdirilmiş taxıl məhsulu vaxtında biçilərək 20.173 ton məhsul istehsal olunmuşdur. Bu da keçən ilə nisbətən 3.794 ton çoxdur. Hektardan orta məhsuldarlıq 25,6 sentnerə çatdırılmışdır. Bu ilin məhsulu üçün 579 ha yonca, 303 ha kartof, 364 ha qarğıdalı, 465 ha tərəvəz, 93 ha yazlıq dənlilər, 76 ha texniki bitkilər və 24 ha bostan əkilmişdir. Həmin sahələrdə məhsul yığımı davam edir.
   2014-cü ilin birinci yarım ili ərzində rayonda ağac əkini davam etdirilmiş, əkilmiş 164.800 ədəd ağacın 30.000 ədədi Bakı-Qırmızı körpü magistral avtomobil yolunun    Qazax rayonu ərazisindən keçən hissəsində əkilmişdir. Əkilmiş ağaclara aqrotexniki qulluq işləri davam etdirilir.
İstehsalçılara texnika cəhətdən kömək göstərilməsi məqsədilə Aqroservisdə və şəxsi vətəndaşlarda olan 28 ədəd şum traktoru, 253 ədəd təkərli traktorlar, 15 ədəd toxum təmizləyən, 23 ədəd taxıl, 17 ədəd mala, 10 ədəd gübrəsəpən və 50 ədəd digər kənd təsərrüfatı texnikalarından istifadə olunur.
   Hesabat dövrü ərzində süni yolla mayalandırılmış heyvanlardan 615 baş bala alınmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır. Belə ki, keçən 9 ay ərzində ötən ilin eyni dövrünə nisbətən 935 ton artıq süd istehsal olunaraq,   22.221 tona, 95 ton artıq ət istehsal olunaraq, 3.946 tona və 158 min ədəd çox yumurta alınaraq 8.771.000 ədədə çatdırılmışdır.
    Qazax rayonu Baytarlıq idarəsi tərəfindən 2014-cü ilin 9 ayı epizootik, müalicə-profilaktik işlər tədbirlər planına uyğun olaraq aparılmışdır.
   2014-cü ilin 9 ayı ərzində Qazax RİH başçısı tərəfindən 35 səyyar görüş-qəbullar keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 19.486 nəfər, müraciət edənlərin sayı 371 nəfər olmaqla 265 təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 140-ı icra edilmiş, 119 təklif ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmış, 6 məsələyə dair işlər davam etdirilir.
   Müzakirə olunun məlsələ ətrafında rayon Maliyyə İdarəsinin müdiri Novruz Abdullayev, rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Qaz İstismar Sahəsinin rəisi Rasim Zeynalov və başqaları çıxış etmişlər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Keçidlər