Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

24 sentyabr 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Ağköynək kənd sakini Abdullayeva Aygün Allahverdi qızının evinə internet xəttinin çəkilməsi barədə müraciətini dinləyən rayon rəhbəri rəsmi qaydada ərizə ilə müraciət etməsini və növbəyə yazılmasını bildirib. Həmin əraziyə xətt çəkilən zaman baxılacağını qeyd edib.
Şəhər sakini Namazov Bayram Yaşar oğlu işlə təmin olunmasına köməklik göstərilməsi barədə müraciət edib. Vətəndaşa yaxın zamanda yarancaq hər hansı bir müəssisədə işlə təmin edilməsinə köməklik göstəriləcəyi bildirilib və məsələnin nəzarətə alınmasını tapşırıb. 
Şəhər sakini Qocayeva Çimnaz Abdulsalam qızı mənzillə təmin olunmasına köməklik göstərilməsini bildirib. Vətəndaşın müraciətini diqqətlə dinləyən icra başçısı boş yer yarandığı zaman baxılacağını qeyd edib.
Şəhər sakinləri Məmmədova Fəridə Əli qızının, Qalhuşko Tatyana Sergeyevnanın, Bağanıs Ayrım kənd sakinləri Musayeva Südabə Mehdi qızının, Poladov Heydər Abbas oğlunun, Daş Salahlı kənd sakini Əliyev Yolçu Yolçu oğlunun, Kəlbəcər rayon sakini Orucov Nazim Şahmar oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər