Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tikilən Aqroparkda işlər başa çatmaq üzrədir

05 noyabr 2018 | 16:00

Bu gün Azərbaycan kənd təsərrüfatının, sənayenin inkişaf etdirilməsi istiqamətində aparılan uğurlu islahatların, həyata keçirilən məqsədyönlü tədbirlərin həcminə, miqyasına görə bütün dünyada seçilir və böyük nüfuz sahibidir. Məhz ölkəmizdə həyata keçirilən bu islahatlar nəticəsində dövlətimiz həm sosial-iqtisadi cəhətdən inkişaf edir, həm də iqtisadiyyatın neft amilindən asılılığı azalır. Ən əsası da bütün bunlar üçün geniş imkanlar yaradılır. Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncam və Fərmanlar da buna xidmət edir. Kənd təsərrüfatının, ümumilikdə ölkə iqtisadiyyatının artan templə inkişaf etməsindən xəbər verir. Bu gün ölkəmizdə elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın.
Ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da uğurla icra olunur. Bunu rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin yaradılmasından da aydın şəkildə görmək olur.
Rayonun İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqropark da bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü işlərin bariz nümunəsidir. Rayonumuzda yaradılmış bu Aqropark həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin açılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə Aqroparkda görülən son tamamlanma işləri ilə tanış olub.
Aqroparkda şöbə müdiri Seymur Əhmədov rayon rəhbərinə məlumat verərək bildirib ki, əsas işlər tam başa çatıb. 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi yekunlaşıb. Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilib. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıb.
Aqroparkda ən böyük işlərdən biri olan Xram çayı üzərində 3 pilləli nasos stansiyalarının tikilməsidir ki, bu gün nasoslar tam gücü ilə işləyir və həmin nasoslar vasitəsilə gecə-gündüz suvarma işi həyata keçirilir. Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.
Bundan əlavə, 2600 tonluq soyuducu anbar da tam hazırdır. Anbarda avadanlıqların sınaq testləri də aparılıb. Bu gün həmin anbarlarda məhsullar saxlanılır. Bildirilib ki, tam hazır olan inzibati binada da bütün avadanlıqlar quraşdırılıb. Qeyd edilib ki, bütün işlər paralel şəkildə həyata keçirilib. Kompleksin həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib.

 

Keçidlər