Şriftin ölçüsü :

Saytın rəngi :

Dəyirmi masa keçirilmişdir

14 yanvar 2015 | 16:00

Azərbaycan Respublikasının Ombudsman Aparatının Gəncə Regional Mərkəzi tərəfindən Qazaxda “20 yanvar faciəsi insan hüquqlarının pozulması konteksində” mövzusunda dəyirmi masa keçirilmişdir. Əvvəlcə, 20 yanvar hadisələri zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Sonra tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova açmış, tədbirin əhəmiyyəti barədə  dəyirmi masa  iştirakçılarına məlumat vermişdir. Mövzu ilə bağlı Aparatın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov məruzə ilə çıxış etmişdir. O, 20 yanvar hadisələrinin xalqımıza və bütün bəşəriyyətə qarşı törədilmiş soyqırım olması, xalqımızın başına gətirilən bu dəhşətli faciənin ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən kəskin pislənilməsi və dünya ictimaiyyətinə çatdırılması, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra, 1994-cü ildə bu hadisəyə - hüquqi siyasi qiymət verilməsi barədə tədbir iştirakçılarına ətraflı və geniş məlumat vermişdir. Rusiya imperyası tərəfindən xalqımıza qarşı törədilmiş bu soyqırım hadisəsinin Beynəlxalq İnsan Hüquqları və Cenevrə konvensyalarının müddəalarına tam zidd olduğunu, lakin dünyada mövcud olan ikili standartlara görə bu dəhşətli faciəyə hələdə beynəlxalq səviyyədə -hüquqi siyasi qiymət verilmədiyini söyləmişdir.
       Sonra tədbir iştirakçıları 20 yanvar faciəsi  ilə bağlı öz fikir və mülahizələrini söyləmişlər. Bununla da tədbir sona çatmışdır

Keçidlər