Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

03 dekabr 2018 | 16:00

Qazaxda ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə olduğu kimi, vətəndaşlara göstərilən xidmət sahəsi də daim diqqət mərkəzində saxlanılır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin olunduğu ilk gündən vətəndaş amilini fəaliyyətinin əsas hissəsi hesab edir. Son iki il yarımda icra başçısının  əhali ilə sıx ünsiyyətdə olması, onları fərdi şəkildə qəbul etməsi, problem və qayğıları ilə maraqlanması bunun əyani sübutudur.
İcra başçısı bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Çaylı kənd sakini Məsmalıyeva Sürayyə Nüsrəddin qızı nəvəsinin ev tikintisinə köməklik olunmasını bildirib. Vətəndaşa yoldaşının I qrup Qarabağ müharibəsi əlili olduğu üçün ev növbəsində qeydiyyatda olması və tikinti başlayan zaman nəzərə alınacağı qeyd olunub. 
Şəhər sakini Bayramova Niyar Məhəmməd qızı torpaq sahəsi ilə təmin olunması barədə müraciət edib. Vətəndaşa bildirilib ki, dövlət rüsumunu ödəyərək torpaq sahəsi əldə edə bilər. 
Bağanıs Ayrım kənd sakini Poladova Dilqəm Mahmud qızı sığınacaqla təmin olunmasını xahiş edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri boş yer yaranan zaman baxılacağını bildirib.
Daş Salahlı kənd sakinləri Əliyev İslam Vəli oğlu və Əliyev Qəhrəman Kərəm oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər